Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1970/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2, Qaradağ DYPŞ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək , Qaradağ DYPŞ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini onunla əsaslandırmışdır ki, İXP6377143 saylı inzibati xəta haqqında protokol və ona əsasən DYP-in xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarına əsasən İXM-nin 353.2-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, mən 99DC515 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmışdır. İcazə verilən çəki 32000 kq-dır, guya onun nəqliyyat vasitəsi isə 34840 kq olmuşdur.99DC515 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki pasportunda da maksimal yük götürmə imkanı qeyd edilib və o yük həddini aşmamışdır.99DC515 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkilməsi və protokol tərtib olunan zaman qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Nəticədə qanunsuz və əsassız protokol tərtib olunmuşdur.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-eu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi İcazənin verilməsi Qaydasının 4.2~ci maddəsinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçti alətləri və cihazları, hərəkətdə olaıı belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. 4.3. Xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlisini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar BDYPİ-nin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə BDYPİ-nin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X5 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-eu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollan ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi İcazənin verilməsi Qaydasının 4.2~ci maddəsinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçti alətləri və cihazları, hərəkətdə olaıı belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Həmin qaydanın 4.3-cü bəndində əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması araşdırılmadan X2 təqsirinin olması əsas götürülərək qərar qəbul olunmuşdur. Bundan başqa Qaradağ DYPŞ-ya məhkəmə iclasında iştirakı və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə dəfələrlə məlumat verilsə də BDYPİ məhkəmə iclasında iştirak etməmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X5 barəsində Qaradağ DYPŞ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov 3(002)-34/2024 BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 18 yanvar 2024-cü il Bakı şəhəri Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 BDYPİ-nin EQ/18737528, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 15:00-da məhkəmə iclasını açır və hansı inzibati xəta haqqında işə baxılmasını elan edir. Sədrlik edən məhkəmə iclasına gəlmiş şəxslər barədə məlumat verməsi üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, şikayət verən şəxs X5 məhkəmə iclasına gəlmiş, BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Sədrlik edən BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilib işə mahiyyəti üzrə baxılması barədə X2 fikrini öyrənir. X2 BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilib işə mahiyyəti üzrə baxılması etirazının olmadığını bildirdi. Məhkəmə yerində müşavirə edərək, Q Ə R A R A A L D İ: Qərarından şikayət verilən BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının etdirilib işə mahiyyəti üzrə baxılması mümkün hesab edilsin. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir, hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını öyrənir. Sədrlik edən: Qurbanov Teymur Əhməd oğlu Məhkəmə iclas katibi: İlyasov Ceyhun Bəhruz oğlu. Etiraz daxil olmadı. Sədrlik edən şikayətçinin şəxsiyyətini müəyyən edir. X5 – xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Sədrlik edən şikayətçiyə hüquq və vəzifələrini izah edir: X5: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən şikayətçidən etiraz və vəsatətinin olub-olmamasını öyrənir. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən izahat üçün şikayətçiyə söz verir. X2 izahatı: - DİN BDYPİ polis polkovnik leytenantı X4 tərəfindən tərtib edilmiş EQ/18737528 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarla mənə İXM-nin 346.1 və 332.3-cü maddələri 300 manat cərimə yazılmışdır. Həmin qərarla razı deyiləm və hesab edirəm ki, həmin qərar əsassız olduğundan ləv edilməli, barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, həmin qərar qəbul edilən zaman sürücülük hüququ məhdudlaşdırılmış şəxs olmamışam. Nəqliyyat vasitələrini idarəetmə hüququmun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinjin 3(002)-1917/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərarının icrasına məhkəmənin 03 noyabr 2023-cü il tarixli qərarına əsasən xitam verilmişdir. Qeyd edilən qərar məhkəmə tərəfindən icra edilməsinə baxmayaraq BDYPİ tərəfindən sürücülük hüququma qoyulmuş məhdudiyyət götürülməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq 300 manat cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən barəmdə tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən iş materiallarını elan etməklə tədqiqinə başlayır. İş materiallarının tədqiqi başa çatır. Sədrlik edən əlavələrin olub-olmamasını öyrənir. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir, qərardan şikayət verilmə qaydasını və müddətini, məhkəmə iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnu izah edir. Sədrlik edən sualına cavab olaraq proses iştirakçısı qərardan şikayət verilmə qaydası və müddəti, məhkəmə iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun ona aydın olduğunu bildirir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: 3(002)-588/2022 QARADAĞ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 31 may 2022-ci il Bakı şəhəri Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2, DİN BDYPİ polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş EQ/18737528 saylı protokola əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Hakim saat 15:30-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Hakim məhkəmə iclas katibinə söz verir. X5 məhkəmə iclasına gəlmiş, lakin, Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. X1 edənin icazəsi ilə çıxış edərək Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə iclası təxirə salınmasını xahiş edir. Məhkəmə yerində müşavirə edərək, QƏRARA ALİR : Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə baxılması 07 iyun 2022-ci il tarixə saat 14:45-ə təxirə salınsın və proses iştirakçıları məhkəmənin vaxtı barədə məlumatlandırılsınlar. Saat 15:45-də sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Protokol 31 may 2022-ci il tarixdə tərtib edildi. SƏDRLİK EDƏN : KATİB : 3(002)-588/2022 QARADAĞ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 07 iyun 2022-ci il Bakı şəhəri Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2, DİN BDYPİ polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş EQ/18737528 saylı protokola əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Hakim saat 14:45-də məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Hakim məhkəmə iclas katibinə söz verir. X5 məhkəmə iclasına gəlmiş, lakin, Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. X1 edənin icazəsi ilə çıxış edərək Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə iclası təxirə salınmasını xahiş edir. Məhkəmə yerində müşavirə edərək, QƏRARA ALİR : Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə baxılması 17 iyun 2022-ci il tarixə saat 17:30-a təxirə salınsın və proses iştirakçıları məhkəmənin vaxtı barədə məlumatlandırılsınlar. Saat 15:00-da sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Protokol 07 iyun 2022-ci il tarixdə tərtib edildi. SƏDRLİK EDƏN : KATİB : AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə Tel: (012) 445-31-84, Faks: (012) 445küç., 3 31-84 www.garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-588/2022 31 may 2022-ci il İnzibati Xətalar haqqında işlər üzrə BİLDİRİŞ Bakı şəhər X9 İdarəsi X5 Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93, İstiqlaliyyət küçəsi, bina 1, mənzil 10 X5 tərəfindən Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2022-ci il tarixə, saat 14:45-ə məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlaiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə Tel: (012) 445-31-84, Faks: (012) 445küç., 3 31-84 www.garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-588/2022 07 iyun 2022-ci il İnzibati Xətalar haqqında işlər üzrə BİLDİRİŞ Bakı şəhər X9 İdarəsi X5 Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93, İstiqlaliyyət küçəsi, bina 1, mənzil 10 X5 tərəfindən Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2022-ci il tarixə, saat 17:30-a məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlaiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə Tel: (012) 445-31-84, Faks: (012) 445küç., 3 31-84 www.garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-34/2024 04 mart 2024-cü il Baş X9 İdarəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 3(002)- 34/2024 nömrəli qərarın surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1970/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1970/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver