Məhkəmə qərarları › İş №3(002)-1980/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1980/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1980/2024 18.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Pİ 11-ci Polis bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs vətəndaş X3 aldadaraq kart vasitəsi ilə 400 manat pulunu ələ keçirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 11-ci Polis bölməsinin sahə rəisi X4 tərəfindən inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, X3 aldadaraq 400 manat pulu kart vasitəsi ilə almışdır. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və onunla barışmışdır. İşə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, Şəxs onu aldadaraq 400 manat pulunu aldığı üçün polisə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. İşə xitam verilməsini xahiş edir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X5 dəymiş ziyan ödənilmişdir və onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs özgəsinin əmlakını dələduzluq yolu ilə talamış və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə tövsif olunmalı və inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, başlanmış icraata isə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar