Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1983/2023 06.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X2, ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis serjantı X1 və polis baş leytenantı, polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İİİ qrup əlil, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhərində, ünvanını dəqiq bilmədiyi mənzildə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat təxminən 13:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-nin ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 06 sentyabr 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs əvvəllər tanıdığı X8 adlı şəxslə birlikdə ictimai qaydanı qəsdən pozaraq 06 sentyabr 2023-cü il tarixdə, saat təxminən 13:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-nin ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 06 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis serjantı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə, saat təxminən 13:50 radələrində “Sədərək” ticarət mərkəzində xidmət olarkən ** GY *** dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobilin sürücüsü tərəfindən insanların çox olduğu ticarət mərkəzinin giriş hissəsində bilərəkdən avtomaşınla ziqzaqvari hərəkətlər edərək ətrafdakı insanların həyat və sağlamlığına real təhlükə yaradan, ictimai asayişi qəsən kobudcasına pozan hərəkətlər etidyinin şahidi olmuşlar. Onlar həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş və əraziyə YPX əməkdaşlarını çağırmışlar. Bu zaman avtomaşında olan sərnişin və sürücü səs küy yaradaraq və hərəkətdə olan avtomaşınların yoluna çıxaraq ətrafdakı insanların diqqətini özlərinə çəkməyə başlamışlar. Onlar həmin əməkdaşları nizam-intizama dəvət etsələr də həmin şəxlsər qəsdən polisin qanuni tələblərinə tabe olmamışlar. Bu zaman sərnişin kimi avtomaşında əyləşmiş və sonradan adı onlara məlum olan Ramil adlı şəxs üzrəində olan kəsici-deşici aləti (lezvanı) çıxardaraq polisə hədə-qorxu gəlməyə, ətrafdakı insanlar üçün təhlükə yaratmağa və özünə xəsarət yetirməyə başlamışdır. Onlar həmin şəxsin əlində olan lezvanı əlindən almış və hər iki şəxsi xidməti avtomaşına əyləşdirərək 10-cu PŞ-ya gətirmişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Şəxs və X5r. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis baş serjantı X7 öz izahatında ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri, polis serjantı X1 dediklərini təsdiq edərək eyni məzmunlu izahat vermiş və qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, ünvanını dəqiq bilmədiyi mənzildə yaşayır. Subaydır, İİİ qrup əlildir. 06 sentyabr 2023-cü il tarixdə dostu Mətin adlı şəxslə “Sədərək” TM-nin mərkəzinə mal verməyə gəlmişlər. Dostu maşın nasaz olduğuna görə maşını saxlayıb kapotuna yumruq vurmuşdur. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, o da polis əməkdaşlarının ona xəsarət yetirməsindən qorxaraq kəsici alət olan rezva ilə özünə xəsarət yetirmişdir. O öz izahatında daha sonra törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs “ümumi xəstəlik” –İİİ qrup diaqnozu ilə 150 manat pensiya alır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək peşiman olmasını və İİİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1983/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1983/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver