Məhkəmə qərarları › İş №3(002)-1984/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1984/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1984/2023 06.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2000-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, (FİN:xxxxxxx), Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş 06 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 13:20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsinin təkərindən ondan asılı olmayan səbəbdən səs çıxmışdır. Ona saxla əmri verilən zaman saxlamış, lakin avtomobildən düşməmişdir. Bu hal polis əməkdaşları tərəfindən tabesizlik kimi qiymətləndirilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:50-də polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilmişdir. Məhkəmə iclasında müdafiəçinin hüquqi yardımından istifadəsindən imtinaya səbəb onun maddi vəziyyəti ilə bağlı olmadığını, əlilliyi olmayan şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 X8 polis nəfəri, polis serjantı X2 izahatında bildirmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə saat 13:50 radələrində Sədərək Ticarət Mərkəzində xidmətdə olarkən dövlət qeydiyyat nişanı 77GY428 olan Vaz 2107 markalı nəqliyyat vasitəsi sürətlə hərəkət etmişdir. Daha sonra nəqliyyat vasitəsi giriş məntəqəsinə yaxınlaşaraq dayanmışdır. Həmin vaxt ətrafda olan vətəndaşlar 77GY428 dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı nəqliyyat vasitəsinin onlar üçün təhlükə yaradacaq vəziyyətdə idarə olunmasından narahatlıq keçirərək şikayətlənmişlər. Bu səbəbdən nəqliyyat vasitəsinin saxlanmasını təmin edib əraziyə Yol Patrul Xidməti əməkdaşlarını çağırmışlar. Şəxs səs-küy salaraq tabe olmadığı üçün ona fiziki güc tətbiq edərək xidməti avtomobilə əyləşdirib 10-cu Polis Şöbəsinə təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X10 X8 manqa komandiri, polis baş serjantı X4 izahatında bildirmişdir ki, Sədərək TM-də xidməti yoxlama aparan zaman Vaz 2107 markalı 77GY428 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi insanların çox olduğu Ticarət Mərkəzinin girişində bilərəkdən nəqliyyat vasitəsini ziqzaqvari hərəkətlər edərək ətrafdakı insanların həyat və sağlamlığına real təhlükə yaradan, ictimai asayişi qəsdən kobudcasına pozmuşdur. Həmin nəqliyyat vasitəsini saxlamaq məqsədilə həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim etmiş və nəqliyyat vasitəsinin saxlanmasını təmin edib əraziyə Yol Patrul Xidməti əməkdaşlarını çağırmışlar. Saxlanılan şəxslər onların qanuni tələblərinə tabe olmadıqları üçün fiziki güc tətbiq edərək xidməti avtomobilə əyləşdirib 10cu Polis Şöbəsinə təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X10 X8 polis nəfəri, polis serjantı X5 digər şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Ramil Salayevə ünvanlanmış 06 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, 06 sentyabr 2023-cü il tarixdə saat 13:50 radələrində Sədərək Ticarət Mərkəzində xidmətdə olarkən Vaz 2107 markalı 77GY428 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi insanların çox olduğu Ticarət Mərkəzinin girişində bilərəkdən nəqliyyat vasitəsini ziqzaqvari hərəkətlər edərək ətrafdakı insanların həyat və sağlamlığına real təhlükə yaradan, ictimai asayişi qəsdən kobudcasına pozmuşdur. Daha sonra nəqliyyat vasitəsi giriş məntəqəsinə yaxınlaşaraq dayanmışdır. Polis əməkdaşları həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim etmiş və nəqliyyat vasitəsinin saxlanmasını təmin edib əraziyə Yol Patrul Xidməti əməkdaşlarını çağırmışlar. Bu zaman nəqliyyat vasitəsində olan sürücü və sərnişin səs-küy yaradaraq ətrafdakı insanların diqqətlərini özlərinə cəlb etməyə başlamış və hərəkətdə olan avtomobillərin yoluna çıxaraq hərəkətlərinə maneə yaratmışlar. Həmin şəxsləri nizam intizama dəvət edib qanuni tələblərinə tabe olmalarını bildirsələr də onlar tabesizlik göstərməyə davam etmişlər. Bu zaman sərnişin kimi avtomobildə əyləşmiş şəxs üzərində olan kəsici deşici alət (rezak) çıxararaq polis əməkdaşına hədə qorxu gəlməyə və ətrafdakı insanlara təhlükə yaratmağa başlamışdır. Həmin şəxsə qarşı rezin güllə tətbiq edərək əlində olan kəsici deşici aləti alıb, hər iki şəxsi xidməti avtomobilə əyləşdirib 10-cu Polis Şöbəsinə təqdim etmişlər. Növbətçi hissədə həmin şəxslərin X7 və Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 13:20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 06 sentyabr 2023cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 13:20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində Vaz 2107 markalı, 77GY428 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ətrafda olan vətəndaşların narahatlığına səbəb olacaq formada idarə etdiyindən polis əməkdaşları tərəfindən saxlanılarkən onların qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar