Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1993/2023 11.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Elşən Müslümov küçəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X11, borclu Şəxs barəsində protokol tərtib edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1146/2018 saylı, 05 mart 2018-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X11 izahat verərək bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)-1146/2018 saylı, 05 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən 20 dekabr 2009-cu il təvəllüdlü X4, 13 mart 2011-ci il təvəllüdlü X2 və 22 aprel 2013-cü il təvəllüdlü X5 anaları X3 yanında qalmaları müəyyən edilmiş, cavabdeh Şəxs 20 dekabr 2009-cu il təvəllüdlü X4, 13 mart 2011-ci il təvəllüdlü X2 və 22 aprel 2013-cü il il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 136.60 manat, cəmi 409,80 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi, alimentin tutulmasına 18 dekabr 2017-ci il tarixdən başlanılması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada 14 mart 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra sənədini üzrə sonuncu ödənişi beş gün bundan qabaq etmiş və 250 manat ödəmişdir. Hal-hazıra yığılmış aliment borcu 22017,20 manat təşkil edir. Bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirmişdir ki, borclu aliment borcundan aybaay ödənişlər etsə də bu ödənişlər tam olmamaqla onun və uşaqlarının ehtiyacını ödəmir. Belə ki, o üç övladı ilə birgə kirayədə yaşayır və uşaqlarından biri fiziki qüsurlu olmaqla xüsusi qayğıya ehtiyacı vardır. Hal-hazırda, yəni məhkəmə iclasının gedişində borclunun aliment borcunu tam ödəməsini, bu baş vermədikdə isə onun barəsində həbslə bağlı olan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, belə ki, yığılmış aliment borcu 22017,2 manat təşkil edir. Aliment borcunu tam ödəyə bilməməyinin səbəbi indiyədək dəfələrlə iş dəyişməsi ilə bağlıdır. Hal-hazırda "xxxx" MMC-də operator köməkçisi işləməklə, 325 manat maaş alır. Həmçinin himayəsində qeyri-rəsmi nikahdan iki azyaşlı uşağı var. O hal-hazırda heç bir maddi imkanının olmadığını, vaxt veriləcəyi təqdirdə qalan aliment borcundan kifayət qədər ödənişlər edəcəyini bildirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməklə külli miqdarda aliment borcunun yaranması qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən saat 17:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1993/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1993/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver