Məhkəmə qərarları › İş №3(002)-1994/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1994/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1994/2023 21.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-in Qaradağ RPİnin DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, şəxsi avtomobili ilə Lökbatan qəsəbəsi ərazisində hərəkətdə olarkən 28 May küçəsində yol patrul xidməti saxlayıb sənədlərini yoxlayarkən sürücülük vəsiqəsinin altı aylıq məhdudiyyətləşdirildiyini bildirmiş və ona İXM-nin 332.3 və 327.2-ci maddələri ilə protokol tərtib edərək avtomobilini cərimə meydançasına aparmışdır. Sonradan məlum olmuşdur ki onun sürücülük vəsiqəsi EQ 13388666 saylı protokola əsasən Qaradağ rayon Məhkəməsinin müvafiq qərarı ilə altı ay müddətə məhdudlaşdırılmışdır. Sözügedən EQ 13388666 saylı protokol istifadəsində olan nəqliyyat vasitəsinə, yəni VAZ 2107 markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilinə deyil, markasını bilmədiyi ** LY *** qeydiyyat nişanlı avtomobilə aiddir. Yalnışlıqla bağlı DİN-in BDYPİ-nə müraciət etmiş və müraciətinə baxılaraq sözügedən protokola və qərara xitam vermişlər. Bununla bağlı Qaradağ rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cu tarixli TP ******* saylı qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 istifadəsində olan nəqliyyat vasitəsi VAZ 2107 markalı, ** LT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildir. Lakin sözügedən EQ 13388666 saylı protokol ** LY *** qeydiyyat nişanlı avtomobilin sahibinə yazılmalı olduğu halda dövlət yol polisi əməkdaşı tərəfindən texniki səhvə yol verilərək sahibi kimi X3 göstərilmiş və cərimə səhvən ona yazılmışdır. Buna görə də X3 həmin protokol üzrə cəriməni ödəmədiyi üçün Qaradağ rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Bu qərar əsasında da X1 hüququ məhdudlaşdırılmış şəxs kimi yenidən İXM-nin 332.3-cü maddəsinə əsasən cərimə edilmişdir. X2 məhkəməyə təqdim etdiyi “SMS RADAR” mobil tətbiqi çıxarışından aydın olur ki, həqiqətən də EQ 13388666 saylı protokol markası tam bəlli olmayan ** LY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə məxsusdur. İş materiallarına əlavə olunmuş DYP-nın Web Portalı çıxarışından aydın olur ki, 05 mart 2023-cü il tarixli, EQ 13388666 saylı protokolun icrasına DYP tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında 09 sentyabr 2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar