Məhkəmə qərarları › İş №3(002)-1995/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1995/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1995/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Sumqayıt Gömrük İdarəsinin Metodoloji bölməsinin hüquqşünası X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 avqust 2023-cü il tarixli, 00700- 00194/23 (EP № 0118073) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-003363/2023 saylı raportun araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən alğı-satqı yolu ilə xx.xx.2023-cü il tarixli, **********39 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 5100 (beş min bir yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. Qeyd olunan faktla bağlı 18 avqust 2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə 00700-00194/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannaməsinin 20-ci qrafasında malların "002"-alğı-satqı yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə" keçirilmə xüsusiyyətində bəyan edilərək "xxxx" MMC tərəfindən ilə Türkiyə Respublikasında fəaliyyət göstərən "X4 ve Dış Ticaret A. Ş." Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/23 nömrəli müqaviləyə istinad etməklə Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********239 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 5100 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda, xx.xx.2023-cü il tarixli, **********239 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyəri geri qaytarılmayaraq, milli valyutaya nisbətdə 8670 AZN təşkil edən 5100 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bank hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Gömrük İdarəsinin Metodoloji bölməsinin hüquqşünası X3 izahatında bildirmişdir ki, Şəxs tərəfindən 17 yanvar 2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac olunmuş mallara görə əldə olunmuş valyuta vəsaitinin qaytarılmaması faktı aşkar edilmişdir. Belə ki, ixrac olunan malların ümumilikdə dəyəri 48600 dollar olsa da həmin vəsaitin 5100 dollar məbləğində hissəsi "xxxx" MMC-nin müvəkkil bank hesabına qaytarılmamışdır. Bu fakt 18 avqust 2023-cü il tarixli protokolla öz təsdiqini tapır. Raport 28 iyul 2023-cü il tarixdə icraata daxil olmuşdur. Hüquqi şəxsin nümayəndəsi gəlmədiyi üçün dəvət məktubları yazılmış, lakin nümayəndəni dəvət edə bilməmişlər. Şirkət tərəfindən dəvət məktublarına cavab verilmədiyi üçün 18 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. "xxxx" MMC tərəfindən ixrac olunmuş malların müəyyən müddətdə yəni 180 gün ərzində müvəkkil bank hesabına qaytarılmaması İXM-nin 483-cü maddəsinin tərkib əlamətlərini yaradır. Odur ki, "xxxx" MMC protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. "xxxx" MMC-nin təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan məbləğdə cərimə olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3 maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan DGK X1 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 alğı- satqı və konsiqnasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, 23/23 nömrəli müqaviləyə istinad etməklə xx.xx.2023-cü il tarixli, **********239 sorğu nömrəli bəyannamə üzrə alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 48600 ABŞ dollarından 5100 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. DGK X1 Sistemi informasiya resursunun Əməkdaşlıq bölməsinin XİF axtarış yarımbölməsinə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN əsasında hüquqi sex kimi qeydiyyata alınmışdır, rəhbəri Nasib Gasanovdur, fəaliyyəti hal-hazırda aktivdir. Ünvanı AZ1081, Bakı şəhəri, Qaradağ rayonu, Ələt ŞTQ, Salyan Dön.(Ələt Qəs.), ev 40/2, m. 0-dir. Mərkəzi Bankın rəsmi internet səhifəsinə həyata keçirilmiş baxış zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixdə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülletenində göstərilmiş 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq, qeyd olunan tarixə 5100 (beş min bir yüz dollar) ABŞ dolları milli valyutaya nisbətdə 8670 (səkkiz min altı yüz yetmiş manat) AZN təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Ələt ŞTQ, Salyan döngəsi, ev 40/2, mənzil 0 olan Şəxs (VÖEN:**********) ilə Türkiyədə fəaliyyət göstərən "X4 ve Dış Ticaret" şirkəti ilə arasında bağlanan 23/23 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 48600 ABŞ dolları dəyərində “alüminium külçələr” adlı mallar xx.xx.2023-cü il tarixli, **********39 nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Gömrük bəyannaməsində isə malın dəyərinin ödənilmədiyi qeyd edilmişdir. Həmçinin, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 3-33/3-1-003363/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən qanunvericiliklə müəyyən edilmiş müddətin başa çatmasına baxmayaraq, malı alan tərəfdən malın dəyərinə dair ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, xətanın törədilmə müddətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 483-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 5100 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında 1530 ABŞ dolları inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 2601 manat (iki min altı yüz bir) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar