Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1998/2023 14.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(002)-1743/2017 nömrəli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs X9 xeyrinə hər ay hər uşağa görə 137 manat olmaqla, 411 manat sabit pul məbləğində, xx.xx.2016-cı il təvəllüdlü X4 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində aliment ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 30749 manat aliment borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin böyük icra məmuru X11 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Elektron icra sistemi vasitəsilə Şəxs Qaradağ rayon MKTB-də işləməsi müəyyən edilmiş və aliment borcunun tutulması üçün borclunun əmək haqqının 70 faizinə yönləndirilmişdir. Borclu tərəfindən tələbkarın xeyrinə 31 may 2023-cü il tarixdə 500 manat, 22 iyun 2023-cü il tarixdə 340 manat ödənilmiş, iyul, avqust və sentyabr ayları ərzində mütəmadi olaraq borclunun əmək haqqının 70 faizi miqdarında yəni 386 manat məbləğində tutulmalar aparılmışdır. Borclu şəxs Şəxs hazırkı tarixə 30749 manat aliment borcu mövcuddur. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, qeyd olunan icra sənədindən xəbərdardır. X13 ilə təkrar birlikdə yaşamağa başlamış və 12 iyul 2021-ci il tarixdə Tunar adlı bir uşaqları da doğulmuşdur. Həmin müddət ərzində X2 rayon İcra Şöbəsinə gedərək aliment borcu ilə bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Lakin, sonradan ona məlum oluşdur ki, tələbkar X13 birgə təsərrüfat şəraitində bərabər yaşamalarına baxmayaraq, aliment borcunun qeydə alınması davam etmişdir. O, aliment borcunun ödənilməsindən imtina etmir, belə ki, aliment borcu hazırda onun 466 manat əmək haqqının 70 faizinə yönəlmişdir və hər ay mütəmadi tutulmalar aparılır. Onun qərəzli olaraq aliment ödənişlərindən boyun qaçırmadığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X15 izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1743/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən ona üç uşağa görə 411 manat aliment kəsilmişdir. 12 iyul 2021-ci il tarixdə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə tərəfindən 150 manat məbləğində aliment müəyyən edilmişdir. Borclu ilə rəsmi nikahları yoxdur lakin, onun dediyi kimi 2019-cu ilin aprelin 18-dən təkrar birlikdə yaşamağa başlamışlar. Həmin vaxtlar aliment borcunun ödənilməsi ilə bağlı icra məmuru Şəxs tez-tez icra şöbəsinə çağırdığından 12 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında ərizə ilə müraciət etsə də aliment borcundan imtina etməmişdir. Hazırda, ona hər ay aliment borcunun ödənilməsinə baxmayaraq, yığılmış aliment borcunun ödənilməsini tələb edir, ödənilmədiyi təqdirdə isə borclu barəsində sərt inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(002)-1743/2017 nömrəli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs X9 xeyrinə hər ay hər uşağa görə 137 manat olmaqla, 411 manat sabit pul məbləğində, xx.xx.2016-cı il təvəllüdlü X4 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində aliment ödənilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(002)-1743/2017 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(002)-1743/2017 nömrəli icra sənədinə əsasən Şəxs 30749 manat aliment borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu tərəfindən X9 xeyrinə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə 840 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 3(103)-1260/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Belə ki, borclu tərəfindən tələbkarın xeyrinə 31 may 2023-cü il tarixdə 500 manat, 22 iyun 2023-cü il tarixdə 340 manat ödəniş etmiş, həmçinin 466 manat əmək haqqının 70 faizi miqdarında tutulmalar aparılmışdır Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından yayınmasına. Aliment borcunun ödənilməsindən qərəzli şəkildə yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər uzun müddət birlikdə yaşamaqla tələbkar tərəfindən aliment borcu tələb edilməmiş və yalnız 02 may 2023-cü il tarixdə tələbkar bununla bağlı icra şöbəsinə müraciət etmişdir. 12 iyul 2021-ci il tarixdə X3 doğulması faktı da bu halı bir daha təsdiq edir. Bundan başqa məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir ona görə cərimə tənbeh növü borlunun üzərində olan aliment borcunun ödənilməsinin daha da çətinləşməsinə, inzibati həbs tənbeh tədbiri isə borclunun iş yerindən azad olunmasına səbəb ola bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1998/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1998/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver