Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2/2022 11.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, M ü ə y y ə n e t d i m: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Qaradağ rayon məhkəməsinin 3(002)-1204/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən X1 şikayəti təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2575/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək Qaradağ rayon məhkəməsinin 3(002)-1204/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X2 ərizə ilə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edildiyini bildirmiş və həmin qərardan verdiyi şikayətin baxışdan çıxarılaraq geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 111-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver