Məhkəmə qərarları › İş №3(002)-2/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2/2024 26.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati material üzrə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarı ilə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və işin icraatı dayandırılmışdır. Bu məsələyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində baxılmış və rəy verilərək xx.xx.2024-cü il tarixdə inzibati material məhkəməyə daxil olmuşdur. Odur ki, işin icraata təzələnməli və məhkəmə baxışına təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə QƏRARAALDİ Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati işin icraatı təzələnsin. İşin məhkəmə baxışı 26 fevral 2024-cü il tarixə saat 14:45-ə təyin edilsin və tərəflərə rəsmi qaydada məlumat verilsin. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar