Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2001/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1 iştirakı ilə, X2 DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 31 avqust 2023cü il tarixli EQ 16603870 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X4 şikayətlə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 31 avqust 2023-cü il tarixli EQ 16603870 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 3(004)- 4548/2023 saylı qərardadına əsasən X2 şikayəti aidiyyatı üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 31 avqust 2023-cü il tarixli EQ 16603870 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 31 avqust 2023-cü il tarixdə, saat 11:55 radələrində idarə etdiyi “Mercedes Benz E220 Bluetec” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, “Binə” TM-nin qarşısında nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuş və buna görə də 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X5 verilmiş şikyəti qəbul etməyərək göstərmişdir ki, inzibati xəta hadisəsini törətmiş “Mercedes Benz E220 Bluetec” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X4 31 avqust 2023-cü il tarixdə, saat 11:55 radələrində, “Binə” TM-nin qarşısında “dayanma durma qadağandır” yol nişanının təsiri altına düşən ərazidə avtomaşını saxlamaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin tələblərini pozmuş və buna görə də onun barəsində İXM-nin 346.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X5 qeyd olunan qayda pozuntusuna dair müvafiq fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X3 qanunverilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq tərəf məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 31 avqust 2023-cü il tarixli EQ 16603870 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 31 avqust 2023-cü il tarixdə, saat 11:55 radələrində idarə etdiyi “Mercedes Benz E220 Bluetec” minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, “Binə” TM-nin qarşısında nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuş və buna görə də 20 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan hüquq pozuntusu məhkəmə təqdim edilmiş DİN-in DYP-nın Web portalı çıxarışda öz əksini tapan fotoşəkillərlə də bir daha öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zaman şikayətçi X4 məhkəmə iclasında iştirak etməyərək öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 31 avqust 2023-cü il tarixli EQ 16603870 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2001/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2001/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver