Məhkəmə qərarları › İş №3(002)-2004/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2004/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2004/2023 20.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə Lənkəran rayon Məhkəməsinə inzibati material daxil olmuşdur. Lənkəran rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 3(049)-1403/2023 saylı qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərardad onunla əsaslandırılmışdır ki, "xxxx" MMC törətdiyi inzibati xəta hadisəsi hərəkətsizliklə törədildiyinə görə Konstitsuiya Məhkəməsinin hüquqi mövqeyi baxımından inzibati xəta haqqında iş üzrə icraat materialları gömrük prosedurunun rəsmiləşdirildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli, 00100-02030/23 saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, ünvan 1 ünvanında qediyyatda olan "xxxx" MMC tərəfindən **********7584 sorğu nömrəli, 18 iyun 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti ixrac prosedurunda rəsmişləşdirilmiş yüklərin öhdəlik müddətinin 11 iyun 2023-cü il tarixdə başa çatdığı, lakin qeyd olunan yüklərin müvəqqəti ixrac müddətinin uzadılması barədə "xxxx" MMC tərəfindən müvəqqəti ixrac müddəti başa çatdıqdan sonra yəni, 03 avqust 2023-cü il tarixdə gömrük orqanına müraciət olunduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin tələbindən aydın olur ki, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi "xxxx" MMC öz üzərinə düşən məlumat vermək öhdəliyini qanunla müəyyən edilmiş qaydada icra etməmiş, yəni, hüquqi şəxs müvəqqəti ixrac prosedurunda rəsmişləşdirilmiş yüklərin öhdəlik müddətinin uzadılması barədə gömrük orqanına müraciəti vaxtında həyata keçirməmişdir. Qeyd olunan müraciət hüquqi şəxsin öz ünvanında həyata keçirilməli olan zəruri öhdəlikdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanının yerləşdiyi yerdə baş verdiyindən həmin inzibati material aidiyyəti üzrə Lənkəran rayon məhkəməsində baxılmalı olduğundan aidiyyət məsələsinin həll edilməsi məqsədilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyət məsələsinin həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar