Məhkəmə qərarları › İş №3(002)-2006/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2006/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2006/2020 13.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X2 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Şəxs bundan sonra - (“xxxx” MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Şəxs MMCnin ünvanına Cənubi Afrika Respublikasından NAH20003 saylı, xx.xx.2020-ci il tarixli invovs sənədi ilə 99CG031/10ZG870 nömrə nişanlı yük avtomobilində daxil olaraq Bakı Bas Gömrük İdarəsində **********8594 sorğu nömrəli xx.xx.2020-ci ii tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “təzə portağal” yükünə baxış zamanı bəyannamə üzrə bəyan edilmiş netto çəkisi 24029.00 kq olan yükdən əlavə 2188 kq “təzə portağal” yükü aşkar olunmuşdur. İnzibati xətanın bilavasitə obyekti olan, gömrük orqanına bəyan edilməyən 2188 kq “təzə portağal” yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik olan ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/0xx-xx/007383 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/3947 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 kq “təzə portağal” yükünün 20,09.2020-ci il orta bazar qiyməti təxminən 2.70 manat, 2188 kq “təzə portağal" yükünün qiyməti isə 5908.00 (beş min doqquz yüz səkkiz) manat təşkil edir Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X2 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti leytenantı X3tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq izahatında göstərmişdir ki, Dövlət Gömrük Komitəsi və onun strukturuna daxil olan bölmələr öz səlahiyyətləri çərçivəsində gömrük rüsum və ödənişlərini toplamaq ilə yanaşı eynilə gömrük nəzarətini də müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirir. Müvafiq olaraq gömrük nəzarəti qanunvercilikdə nəzərdə tutulan üsul və vasitələr ilə yerinə yetirilməkdədir. Malların gömrük ərazisinə gətirilərkən bəyan edilməsi qaydalarından irəli gələrək idxalatçılar gömrük orqanlarına malları şifahi, kağız üzərində yazılı, yaxud elektron formada bəyan edirlər. Bəyannamə tərtib edilərkən idxalatçılar tələb olunan məlumatları faktiki idxal etdikləri mallara uyğun təqdim etməyə borcludurlar. Bu qaydaların tələblərini pozaraq mallara dair məlumatları düzgün təqdim edilmədiyi təqdirdə bu malların predmetinin dəyərindən asılı olaraq, inzibati və cinayət məsuliyyətinə səbəb olur. xx.xx.2020-ci il tarixli invovs sənədi ilə 99CG031/10ZG870 nömrə nişanlı yük avtomobilində Şəxs MMC-nin ünvanına portağal yükləri gətirilmişdir. Mallar Bakı Baş Gömrük İdarəsində **********8594 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edildikdən sonra müvafiq gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı ilkin olaraq malların faktiki çəkisi Gömrük bəyannaməsi və yük müşayiət sənədlərində göstəriləndən çox olduğu aşkarlanmış, buna görə də yoxlama daha ətraflı və əsaslı surətdə davam etdirilməklə malların ayrı-ayrılıqda eyniləşdirilməsi həyata keçirilmişdir. Eyniləşdirmə zamanı yük avtomobilindən bəyannamədə göstərilən portağal yükünün netto çəkisinin artıq olduğu aşkar edilmişdir. Raport daxil olduqdan sonra Azərbaycan Respublikası İXM-nin, 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanılmış, inzibati xətanın predmeti olan mallar götürülməklə dəqiq çəkiləri müəyyən edilmişdir. Hüquqi şəxsin gömrük rəsmiləşdirməsində iştirak edən qanuni təmsilçisi ilə yanaşı toplanılmış digər subutlar inzibati xətanın törədilməsi, hüquqi şəxsin xətada təqsirini müəyyən etmək üçün kifayət olduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə verilmişdir. Hazırda məhkəmədə tədqiq olunan sübutlar ilə Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi təsdiq olunduğuna görə Şəxs MMC-nin təqsirli bilinməsi və tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərmişdir ki, Şəxs MMC meyvə-tərəvəz yükünün idxalı, mövsümi olaraq müxtəlif ölkələrdən fərqli meyvə çeşidləri idxal edir. Cənubi Afrika Respublikasından Şəxs MMC-nin ünvanına 99CG031/10ZG870 nömrəli nəqliyyat vasitəsi ilə təzə portağal yükü daxil olmuşdur. Qeyd olunan yüklər xx.xx.2020-ci il tarixdə **********8594 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Yükü göndərən şirkət tərəfindən mallara dair onlara təqdim edilən sənədlərin arasında əlavə çıxan portağal yükü ilə bağlı heç bir məlumatları olmamış, sənədlərə baxdıqda yükün ümumi netto çəkisində fərq olduğu barədə sonradan məlumatları olmuşdur. Onlar invoys sənədinə uyğun olaraq, nə göstərilmişdirsə, bəyannamədə də eyni şəkildə qeyd etmişdir. Göstərilənləri nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: **********8594 sorğu nömrəli xx.xx.2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 31-ci qrafasına əsasən Şəxs MMC tərəfindən idxal edilmiş təzə portağal yükünün netto çəkisinin 24029,00 kq olmaqla bəyan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3947 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə portağalın 1 kq-nın xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 2,70 manat, 2188 kq 5908,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X6 xx.xx.2020-ci il tarixli 00100-2085/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələrini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 40 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində vəsait Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 2363,2 (iki min üç yüz altmış üç manat iyirmi qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar