Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2006/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 30 avqust 2023-cü il tarixdə özünə məxsus tranzit nömrəli avtomobili ilə Şıxov ərazisindən üzü Lökbatan dairəsi istiqamətinə hərəkət edərkən YPX işçiləri tərəfindən saxlanılmışdır. Saxlanılan zaman YPX işçisi tranzit nömrənin sistemdə çıxmadığını bildirərək, avtomobilini duracağa aparacağını söyləmişdir. Bu zaman o, YPX işçisinə etiraz edərək, Azərbaycan Respublikası ərazisinə gətirdiyi nəqliyyat vasitəsini tranzit nömrə ilə idarə etməsinə dair icazə sənədinin qüvvədən düşmədiyini bildirmişdir. YPX işçisi ona nəqliyyat vasitəsinə aid sənədləri yaşadığı ünvandan götürməsi üçün imkan yaradır. O da sənədləri götürdükdən sonra BDYPİ-nin Qeydiyyat və İmtahan İdarəsinə gəlmiş, avtomobil üçün “**-DU-***” dövlət qeydiyyat nişanı əldə edərək avtomobilin üzərinə yerləşdirir. Daha sonra ona dayanma əmri vermiş YPX işçiləri qeyd olunan idarəyə gələrək, protokol tərtib etmədən Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsi ilə 100 manat (4 bal) cərimə tənbehi barədə qərar qəbul etmişlər. Göstərilənlərə əsasən, ona yazılmış cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 çıxış edərək verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat vermiş, Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon DYPŞnin yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 30 avqust 2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 30 avqust 2023-cü il tarixdə Changan CS 55 Plus minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxta dövlət qeydiyyat nişanı ilə idarə etməyə görə İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X6 İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Changan CS 55 Plus minik markalı nəqliyyat vasitəsi 30 avqust 2023-cü il tarixdə qeydiyyatdan keçirilmiş və həmin nəqliyyat vasitəsinə 77DU055 dövlət qeydiyyat nişanı verilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X4 İXM-nin 342.7-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli qərar ləğv edilməli, işə yenidən baxılması Qaradağ Rayon Dövlət X12 tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 CS 55 Plus minik markalı nəqliyyat vasitəsini 30 avqust 2023-cü il tarixdə qeydiyyatdan keçirərək həmin nəqliyyat vasitəsinə **-DU-*** dövlət qeydiyyat nişanı əldə etməsinə baxmayaraq, YPX əməkdaşı tərəfindən həmin hal dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmə kimi qiymətləndirilməsi Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsinin tələbləri ilə üst-üstə düşmür. Belə ki, İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan, qərarda qeyd olunan inzibati xətaya səbəb olan hər hansı hadisə mövcud olmadan, inzibati xətanı sübut edəcək faktı təqdim etmədən sonuncu barəsində 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola əsasən qərar qəbul edərkən X4 orda olmasına baxmayaraq, barəsində tərtib olunmuş protokolu ona təqdim etməmiş və bununla onun hüquqlarını pozmuşdur. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X6 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Qaradağ rayon X13 Şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X4 İXM-nin 342.7-ci maddəsi ilə cərimə olunmasına dair 30 avqust 2023-cü il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində işə yenidən baxılması Qaradağ rayon Dövlət X12 tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş X4 İXM-nin 342.7-ci maddəsi ilə cərimə olunmasına dair 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Qaradağ rayon DYPŞ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2006/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2006/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver