Məhkəmə qərarları › İş №3(002)-2007/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2007/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2007/2023 19.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə rəsmi işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-851/2022 saylı, 20 may 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 18 mart 2020-ci il tarixli müqaviləyə əsasəm İMEİ kodu **********38382 olan İphone 11 markalı telefon üçün 1416 manat ödənilməmiş hissə, 141 manat cərimə, 13 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********9826 olan Samsung Galaxy A10 markalı telfon üçün 98.6 manat ödənilməmiş hissə, 9.4 manat cərimə, 26 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57179 olan X5 10+ markalı telefon üçün 872 manat ödənilməmiş hissə, 87 manat cərimə, ümumilikdə 2624 manat borc və 43.24 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq "xxxx" Telecom MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. İcra tədbirləri zamanı aydın olmuşdur ki, borlu X1 məxsus “Dərya” balıq evində işləməklə əməkhaqqı alır. Bu səbəbdən də X1 məktubla müraciət edilərək icra sənədi üzrə "xxxx" telecom MMC-nin xeyrinə 2667.24 manat məbləğində borc tam təmin edilənədək Şəxs hər ay əməkhaqqından 50 faiz tutulmaqla tələbkarın hesabına keçirilməsi və borc ödənildikdən sonra borcun 7 faizi həcmində icra ödənişinin Qaradağ rayon İcra Şöbəsinin hesabına tutulması xahiş edilmişdir. Lakin sahibkar tərəfindən bu xahiş qəbul edilməmiş və borclu işdən azad edilmişdir. 04 avqust 2023-cü il tarixdə məcburi icra ödənişi haqqında qərar qəbul edilmişdir. Borclu inidiyədək borcundan yalnız 20 manat ödəniş etmiş və nəticədə bu günə 2667,24 manat məbləğində borc yığılmışdır. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 19 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hal hazırda ailəli olmaqla heç bir yerdə işləmir. Halhazırda borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, 2023-cü ilin oktyabr ayının beşində borcundan 500 manat ödəniş edəcəyini, qalan bocunu isə qısa müddətdə ödəyəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və hər hansı bir gəlirə və qazanca malik olmasına dair sübutun olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar