Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2009/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X4 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, onun ** AS *** dövlǝt nömrə nişanlı maşınına 04 sentyabr 2023-cü ildə EQ/16894907 saylı protokol ilə 50.00 azn qərarsız cərimə gəlmişdir. Şikayəti bundan ibarətdir ki, bu cərimə 04 sentyabr 2023-cü il tarixində X3 adına yazılmışdır. Bildirmək istəyir ki, o bu protokolda adı keçən şəxsi tanımır və bu şəxslə əlaqəsi yoxdur. Burda iki cür qanun pozuntusu var. Birincisi budur ki, maşının görüntüləri qeyri-dəqiqdir, qaranlıq vaxtı solmuş vəziyyətdə yalnız nömrə görsənir, videoda heç bir görüntü görsənmir və o avtomobildə sürət həddini aşmamışdır. İkincisi isə cərimə tanımadığı bir şəxsin adına gəlmişdir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2023cü il tarixli qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından üzrə icraata xitam verilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, idarə etdiyi avtomobil "xxxx" MMC-yə məxsus olmaqla yalnız o idarə edir və həmin avtomobilə dair başqa heç kəsə etibarnamə verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzər materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş 15 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 04 sentyabr 2023-cü il tarixdə, saat 22:20-də Bakı- Qazax yolunun 29.5 km, Qazax istiqamətində “Mercedes Benz S350 D minik” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş həərkət surətini 21-40 km/saat həddində aşamağa görə İXM-nin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin markası “Mercedes Benz S350 D” minik markalı olmaqla hüquqi şəxs "xxxx" MMC-yə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamışdır. Eləcə də iş materiallarında barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati araşdırmaya dəvət edilməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də yuxarıda qeyd olunan inzibati tənbehvermə haqqında qərarda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs kimi X3 qeyd edilmişdir. Bundan başqa törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-nin 328.2-ci maddəsi ilə təsirli bilinməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2009/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2009/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver