Məhkəmə qərarları › İş №3(002)-201/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-201/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-201/2024 19.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, İbadov X1 rayonu, Müşviqabad qəsəbəsi, 320 nömrəli məktəbin arxa istiqamətindəki ərazidə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni özbaşına tikinti işlərinin görülməsi səbəbi ilə barəsində inzibati protokol tərtib olunmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə təkrar həmin qanunsuz tikinti işlərini davam etdirərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi, X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni özbaşına tikinti işlərinin görülməsi səbəbi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə təkrar həmin qanunsuz tikinti işlərini davam etdirərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə inzibati xətanın törədildiyi əraziyə 2 nəfər polis əməkdaşı yaxınlaşaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra həmin məsələ ilə bağlı qəsəbənin bələdiyyəsinə müraciət etmiş, lakin ona sözügedən tikinti işlərinin aparılmasına dair heç bir məhdudiyyətin qoyulmayacağını, problemin həll ediləcəyi vəd edilmişdir. Lakin ,xx.xx.2024-cü il tarixdə yenidən polis əməkdaşları tikinti işlərinin aparılmasına görə ərazidə işləyən ustaları izahat almaq üçün şöbəyə gətirmişlər. Qeyd etdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında müdafiəçinin hüquqi yardımından istifadəsindən imtinaya səbəb onun maddi vəziyyəti ilə bağlı olmadığını, əlilliyi olmayan şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, inzibati xətanın törədildiyi ərazidə tikintinin aparılmasında usta olmaqla fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları həmin işlərin görülməsinə görə protokol tərtib etmiş və işlərin görülməsi dayandırılmışdır. Lakin, Şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında onu çağıraraq məhdudiyyətin aradan qalxdığını və tikintinin davam edəcəyini bildirmişdir. Həmin tarixdə tikinti işlərini görərkən yenidən polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək, izahat vermək üçün şöbəyə dəvət edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə inzibati ərazidə xidmət apararkən Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 320 nömrəli məktəbin arxa istiqamətindəki ərazidə qanunsuz tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Tikintidə işləyən ustalar bildirdi ki, tikintinin sahibi Müsənnif adlı şəxsdir. Şəxs yaxınlaşaraq bildirdi ki, sizə bu məsələ ilə bağlı zəng ediləcək. Sahə rəisi F.Bağırov tərəfindən İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən, təkrar həmin ərazidə qanunsuz tikinti işlərinin davam edildiyi müəyyən edilmişdir. Bununla da Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İbadov X1 rayonu, Müşviqabad qəsəbəsi, 320 nömrəli məktəbin arxa istiqamətindəki ərazidə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İbadov X1 rayonu, Müşviqabad qəsəbəsi, 320 nömrəli məktəbin arxa istiqamətindəki ərazidə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni özbaşına tikinti işlərinin görülməsi səbəbi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə təkrar həmin qanunsuz tikinti işlərini davam etdirərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 320 nömrəli məktəbin arxa istiqamətindəki ərazidə Qaradağ RPİ-nin 10-cu PŞnin əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 ( iki yüz ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar