Məhkəmə qərarları › İş №3(002)-2010/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2010/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2010/2020 30.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Füzuli rayonu, Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Kürdlər kəndində qedyiyyatda olmaqla həmi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:10 radələrində Bakı şəhəri Qaradağ Rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən 719 saylı YPX postunda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:10 radələrində YPXA-nın 6-cı tağımımının polis kapitanı Natiq Mövlayev karantin saatı ilə əlaqədar 719 saylı YPX postunda xidmətdə olarkən orada buraxılış məntəqəsində DAW markalı yük avtomaşını dövlət nömrə nişanları olmadan Bakı şəhəri istiqamətinə yoxlanılmadan keçmədən hərəkətinə davam etdiyi üçün ona maşına saxlama işarəsi verilməsinə baxmayaraq həmin maşının sürücüsü saxla işarəsinə tabe olmayıb yüksək sürətlə hərəkətinə davam etmişdir. YPXA-nın əməkdaşları ** YP *** avtopatrul maşını ilə eyni istiqamətdə hərəkət edib Səngəçal qəsəbəsi ərazisində həmin avtomaşını saxlamışlar və həmin yük avtomaşının qabaq və arxa dövlət nömrə nişanları salonda olduğu müəyyən edilmişdir. Əməkdaşlar həmin yük avtomaşının sürücüsünə etdiyi qayda pozuntusunu izah edib, ona 719 saylı YPX postuna qayıdaraq yoxlamadan və avtomaşına baxış keçirilməsi təklif olunmuşdur. 719 saylı YPX postunda müəyyən olunmuşdur ki, həmin sürücü 1970 təvəllüdlü Füzuli rayon qeydiyyatında olan Şəxsdur. Bundan sonra YPXA-nın əməkdaşları tərəfindən həmin yük avtomaşına baxış keçirən zaman Şəxs ünvansız söyüşlərə ətrafdakıları özünə cəlb etmişdir. Əməkdaşlar Şəxs intizama dəvət etsələr də sonuncu öz qanunsuz hərəkətlərini davam etdirmiş, nəticədə Şəxs polisin qanuni tələbinə əməl etmədiyi üçün raport əsasında ərazi üzrə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bolməsinə təhvil verilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul alaraq ailəsini dolandırmışdır. Son günlər Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar cəbhə yanı bölgələrə yığılmış yardımları kömək məqsədilə özünə məxsus DAW markalı yük avtomaşını daşımışdır. Tez-tez cəbhə boyu bölgələrə getdiyi üçün təhlükəsiz baxımından avtomobilinin dövlət qeydiyyat nişanlarını çıxardıb avtomobilinin salon yerinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə Qazax rayonunu ərazisindən cəbhə bölgəsindən Bakı şəhəri istiqamətinə doğru yola çıxmış, həmin gün saat 22:10 radələrində Bakı-Qazax magistiral yolunun Qobustan rayon ərazisində yerləşən 719 saylı stansionar postunda yoxlama məntəqəsində polis əməkdaşlarının başı qarışıq olduğundan idarə etdiyi yük avtomobilini saxlamadan üzü Bakı şəhərinə doğru hərəkətini davam etdirmiş, lakin 500-600 metr hərəkət etdikdən sonra YPXA-nın əməkdaşları qeydiyyat nişanını xatırlamadığı avtopatrul maşını ilə onu Səngəçal qəsəbəsi ərazisində ona avtomaşını saxla işarəsi vermişlər, o da avtomaşını saxlamış və bundan sonra polis əməkdaşı ona özünü təqdim etdikdən sonra ona “avtomaşının qabaq və arxa dövlət nömrə nişanlarının niyə üzərində olmadığını soruşmuşdur. O da polis əməkdaşına avtomaşının qabaq və arxa dövlət nömrə nişanlarının avtomaşının salonda olduğu deyib ona göstərərək səbəbini həmin polis işçisinə izah etmişdirPolis əməkdaşıda ona etdiyi qayda pozuntusunu izah edib, ona 719 saylı YPX postuna qayıdaraq yoxlamadan və avtomaşına baxış keçirilməsi təklif olunmuşdur. O da buna etiraz etməyərək geri 719 saylı posta qayıtmış və orada avtomaşına baxış keçirən zaman yuxusuz və yorğun olduğu üçün onu saxlayan polis əməkdaşı ilə sözlə mübahisə etmişlər. Bundan sonra polis əməkdaşları onu Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bolməsinə təhvil verilmişlər. O heç bir polis əməkdaşını nalayiq ifadələrlə təhqir etməmiş, sadəcə olaraq sözlə mübahisə etmişlər. Hazırda avtomobili 719 saylı stonsionar postda yoxlama məntəqəsində yoxlamadan keçmədən hərəkətini davam etdirdiyi üçün əməlindən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alınaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 22.30-da Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:10 radələrində Bakı şəhəri Qaradağ Rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən 719 saylı YPX postunda polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar