Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2010/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və X9sinin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində İXM-nin 262.2.3 və 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və X9si tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Qoç Ət” restoranının arxa hissədində tullantıların qalaqlanması, həmin restorana məxsus çirkab sularının boru vasitəsilə ətraf əraziyə axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və X9sinin nümayəndəsi X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, İdarənin 25 iyun 2023-cü il tarixli, 178 nömrəli sərəncamına əsasən Qaradağ rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” , “İstehsalat və məişət tullantıları haqqında” və digər qanunvericilik aktlarının tələblərinə riayyət olunması məqsədilə keçirilən reyd zamanı 24 iyun 2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" restoranın arxa hissəsində tullantıların qalaqlanması, sözügedən restorana məxsus çirkab sularının boru vasitəsilə ətraf əraziyə axıdıldığı aşkar edilmişdir. Həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə və Nazirlər Kabinetinin “Ətraf mühiitn çirkləndirilməsinə görə ödənişlərin tətbiqi” haqqında 03 mart 1992-ci il tarixli 122 saylı 17 avqust 2022-ci il tarixli Qərarına və ona dəyişikliklər edilmiş 17 avqust 2022-ci il tarixli 308 nömrəli Qərarına əsasən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan təsərrüfat fəaliyyətinin həyata keçirən fiizki şəxslər (xarici istifadəçilər daxil olmaqla) dövlət və qeyri dövlət təşkilatları (təbiət istifadəçiləri) ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə görə qanunvericliklə müəyyən eidlmiş qaydada və məbləğdə “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”na ödənişlər etməlidir. Həmin ödənişlərin hesablanması üçün ("xxxx" restoranı) tərəfindən təsərüffat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar (Atmosfer havasına atılan zərəli maddələrin) əldə edilərək həmin sənədlərə əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantıalrının təhlükəli və təhlükəsiz həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-T6 (hava təhlükəli tulantılar və su təsərrüfatı) illik statistik hesabatlar 2023cü ilin 25 yanvar tarixinə kimi İdarəyə təqdim edilərək razılaşdırılmalı idi. Bununla bağlı "xxxx" restoranına məktub ünvanlanmış, lakin müəssisənin təsərüffat fəaliyyətinin ətraf mühitə təsirininin uçot və hesabatı onun əsasında tərtib edilmiş illik statistik hesabat İdarəyə təqdim edilməmişdir. Araşdırmada işitrakını təmin etmək məqsədilə restoran rəhbərliyi idarəyə dəvət edilsə də araşdırmada iştirak etməkdən imtina etmişlər. Faktla bağlı iki nüsxədən ibarət 06 iyul 2023-cü il tarixli 80438 nömrəli akt tərtib edilmişdir. Beləliklə Şəxs MMC tərəfindən törədilən xətalar bundan ibarətdir; içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması və sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi. Bütün bu halların nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Şəxs MMC-nin ərazisindən yığılan məişət tullantılarının atılması ilə bağlı müqavilələri mövcuddur. Həmin sənədləri hal-hazırda təqdim edə bilmir, lakin şərait yaradılacağı təqdirdə növbəti məhkəmə iclasında müvafiq sənədləri təqdim edəcəkdir. Məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması ilə bağlı isə bildirmişdir ki, MMC-nin yerləşdiyi Lökbatan qəsəbəsi ərazisində normal fəaliyyət göstərən kanalizasiya sistemi mövcud deyildir. İdarənin əməkdaşları tərəfindən yoxlama keçirilən zaman onlara məişət sularının axıdılması üçün “şambo” qazılması təklif edilmiş, onlar da bu deyiləni yerinə yetirərək müəssisənin arxa hissəsində “şambo” qazmışlar və məişət suları hal-hazırda ora axıdılır. Beləliklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və X9 tərəfindən aparılan yoxlama zamanı qeyd edilən nöqsanlar artıq aradan qaldırılmışdır. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması və sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bu faktı iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tərəflərin mübahisələndirmədiyi sənədlər və fotoşəkillər də təsdiq edir. Məhkəmə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 müvafiq sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması barədə xahişinə münasibətdə hesab edir ki, həmin şifahi vəsatət məhkəmə iclasının əsassız olaraq uzadılmasına yönəldilmişdir. Belə ki, məhkəmənin 04 oktyabr 2023-cü il tarixli iclasında iştirak etmiş "xxxx" X7 MMC-nin direktoru X4 müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, buna görə də məhkəmə iclası təxirə salınaraq növbəti məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırlmışdır. Lakin keçən müddət ərzində məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.2-ci maddəsində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7000 (yeddi min) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2010/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2010/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver