Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2013/2023 18.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 avqust 2023-cü il tarixli, 00100-02028/23 (EP № 0120493) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 3(049)-1402/2023 nömrəli qərardadına əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə Bakı Baş Gömrük idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 10 avqust 2023-cü il tarixli, 00100-02028/23 nömrəli protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyət məsələsinin həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə inzibati xəta haqqında iş aidiyyətlə bağlı məsələyə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 hadisəsinin Lənkəran rayonu ərazisində törədilməsi ehtimal olunduğundan hazırki materiala Lənkəran Rayon Məhkəməsində baxlması qərara alınmışdır. Bu səbəbdən "xxxx" MMC barəsində olan inzibati xəta haqqında iş baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2013/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2013/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver