Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2015/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin operativ vergi nəzarəti idarəsinin nümayəndəsi X2 iştiraklarıı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 19 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prtokoldan və iş materiallarından aydın olur ki, Şəxs MMC ünvan 1 ünvanında təsərüfat subyekti üzrə sürətli poçt xidməti ilə lisenziya əlavəsi olmadan fəaliyyət göstərir. Fəaliyəti dönəmində 250,10 manat gəlir əldə etdiyi aşkar olunmuşdur. Buna görə də Şəxs MMC barəsində İXM-nin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 07 sentyabr 2023-06 oktyabr 2023-cü il tarixlərdə plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı Şəxs MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sürətli poçt fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. MMC-nin fəaliyəti dönəmində 250,10 manat gəlir əldə etdiyi aşkar olunmuşdur. Odur ki, şirkət barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq sözügedən MMC-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. İş materillarına əlavə edilmiş və Şəxs MMC-nin direktoru Qurbanov Nurlan Hicran oğlu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış izahatın məzmunundan aydın olur ki, ünvan 3 ünvanında Şəxs MMC-yə məxsus "xxxx" reklam daşıyıcısı ilə xx.xx.2023-cü il tarixdən fəaliyyət göstərən və Expert MMC üçün xidməti müqavilə əsasında anbarlama və kuryer xidməti göstərən X1 (VÖEN: **********) istifadəsində olan obyekt üzrə lisenziya əlavəsinin alınması mümkün olmamışdır. Bu cür fəaliyyətin qanunamüvafiq olduğunu nəzərə alaraq həmin obyekt üzrə lisenziya əlavəsinin alınmasına lüzum olmadığını düşünmüşlər. Bildirmişdir ki, yuxarıda qeyd olunan obyekt üzrə sistemdən çıxartdıqları statistik məlumatlara əsasən hesablama üçün deyə bilər ki, həmin müddət ərzində obyektə göndərilmiş 187.9 kg bağlamaların satış qiyməti 1542 manat 50 qəpik təşkil edir. Eyni zamanda daşınma xərci Türkiyədən hər kiloqramına 06 manat 80 qəpik (4 ABŞ dolları), Amerikadan isə 13 manat 20 qəpik (7.77 ABŞ dolları) təşkil edir. Bu yükün Türkiyə və Amerikadan anbarlama xidməti, Azərbaycana gətirilməsi və çaldırılması, məntəqə sahibinə təhvil verilməsi və s. ǝməliyyat xərclərini də hesabladıqda yekun olaraq bu dövrdə həmin kuryer təhvil məntəqəsi 250 manat 10 qəpik şərti gəlir əldə etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, bu göndərişin həcmi çox kiçik olduğu üçün kuryer tərəfindən hələki heç bir qaimə vurulmamış və Şəxs MMC də kuryerə ödəniş etməmişdir. Məlumat üçün bildirmişdir ki, bu tipli kuryer təhvil məntəqələrindən Şəxs MMC şirkəti heç bir gəlir də etmir. Yeganə məqsədləri müştərilərin istəkləri əsasında şəbəkənin genişlənməsi və daha əlçatan olmasıdır. Məntəqələr marketing xarakterlidir. Təhvil məntəqəsindən əldə olunan gəlir VÖEN ilə xidmət göstərən kuryerin payına düşür. Lakin yuxarıda qeyd olunduğu kimi, bu göndərişin həcmi çox kiçik olduğu cün kuryer tərəfindan hələki heç bir qaimə vurulmamış və Şəxs MMC də kuryerə ödəniş etməmişdir. Qaimə vurulduqda tərəflərindən xidmət haqqı ödənişi olacaqdır. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sürətli poçt fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq nəzərdə tutulan cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş 250,10 manat gəlirin iki misli miqdarında, yəni 500,20 (beş yüz manat iyirmi qəpik) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2015/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2015/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver