Məhkəmə qərarları › İş №3(002)-2016/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2016/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2016/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİNin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BDYPİ Polis Polkovnik leytenantı X2 19 sentyabr 2023-cü il tarixli qərar qəbil edərək onu İXM-nin 328.1 vs 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat mabləğində cərimə etmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qararda qeyd edilir ki, o xx.xx.2023-cü il tarixində, saat 15:04-də M2 E60.AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 15 km ərazidə "Volksvvagen Passat minik" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərken yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə naqliyyat vasitəsini idarə etmək hüququ mahdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyǝn edilmişdir. Bildirmişdir ki, o xx.xx.2023-cü il tarixində saat 15:04-də M2 E60.AHS Bakı- Ələt- Qazax-Gürcüstan yolu, 15 km arazidə "Volksvvagen Passat minik" markalı 77PL141 dövlat qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/sat həddində aşmağım müəyyən edilsə də həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olmamışdır. Belə ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(002)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli 3(002)-1615/2023 saylı, xx.xx.2023-cü il tarixli 3(002)- 1612/2023 saylı qərarları ilə o İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyatdən azad edlmiş və bu baradə Qaradağ rayon məhkəməsi qərarların suratini icra edilməsi üçün rəsmi olaraq DİN BDYPİ-nǝ göndərmişdir. Lakin DİN BDYP-nin sahlənkarlığı səbəbindən onun nəqliyyat vasitəsinin idarə edilməsi hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə göndərilmiş qərarlar sistemə daxil edilməmiş və hazırkı qərarda da onun tərəfindən nəqliyyat vasitasinin idarə edilmək hüququnun mahdudlaşdırılması müəyyən edilmişdir. Göründüyü kimi o həmin vaxt avtomobli idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olmamış va ona qərarla müəyyən edilmiş cərimə əsassızdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətin təmin edilməsini, 19 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in BDYP-na rəsmi məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayət ərizəsinə əlvaə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 19 sentyabr 2023-cü il tarixdə, saat 15:04 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 15-ci kilometrliyində “Volksvvagen Passat minik" markalı 77PL141 dövlat qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitəsini idarə etdiyinə görə İXM-nin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 qeyd olunan inzibati xəta törədilən zaman, yəni 19 sentyabr 2023-cü il tarixdə ödənilməmiş hər hansı bir cəriməsi olmamışdır. O cümlədən məhkəmə tərəfindən onun sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilərkən də ödənilməmiş cəriməsi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar