Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2017/2025 17.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə olan Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş protokolda və protokola əlavə edilmiş inzibati xəta haqqında materialda və göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan PLATİNİUM-17 Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən həmin MMC-nin mülkiyyətində olan “FORD TRANSİT YÜK” markalı “**-JH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə edilmiş şəxsin kim olması barədə əvvəlcədən məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə PLATİNİUM-17 Məhdud Məsuliyyəti Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət haqqında tərtib edilmiş protokolda qeyd olunmuşdur ki, inzibati xəta haqqında protokolda qeyd edilən məsələ ilə bağlı PLATİNİUM- 17 MMC yeni fəaliyyət göstərməyə başladığı üçün hüquqi şəxsin balansında olan nəqliyyat vasitələrinin sürücüləri barədə DİN-nin BDYPİ-nə əvvəlcədən məlumat verilməli olması barədə məlumatsız olmuşlar. Sürücülər tərəfindən PLATİNİUM-17 MMC-nin balansında olan nəqliyyat vasitələri yol vərəqəsi əsasında idarə olunmuş, daha sonra məsələ ilə məlumatlandırıldıqdan sonra sürücülərə notarial qaydada təsdiq olunmuş etibarnamələr verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan PLATİNİUM-17 Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən həmin MMC-nin mülkiyyətində olan “FORD TRANSİT YÜK” markalı “**-JH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə edilmiş şəxsin kim olması barədə əvvəlcədən məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə PLATİNİUM-17 Məhdud Məsuliyyəti Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, PLATİNİUM-17 Məhdud Məsuliyyəti Cəmiyyətinin mülkiiyyətində olan “FORD TRANSİT YÜK” markalı “**-JH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 21:24-də yolda müəyyən edilmiş sürət həddini aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzədə tutulan əməlin törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzədə tutulan əməl törədilərkən DİN-nin BDYPİ-də olan “FORD TRANSİT YÜK” markalı “**-JH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat olmadığı üçün xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin DYPŞ-dən PLATİNİUM-17 MMC ilə əlaqə saxlanılaraq həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş edilmiş, bu barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. DİN-nin BDYPİ-nin Web Portalından edilmiş çıxarışdan görünür ki, PLATİNİUM-17 MMC-nin mülkiyyətində olan ağ mirvari rəngli olan “FORD TRANSİT YÜK” markalı “**-JH- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə olunan şəxsin barəsində hər hansı məlumat mövcud deyildir. Məhkəmə barəsində iş materiallarını nəzərdən keçirib hesab edir ki, PLATİNİUM-17 MMC-nin nəqliyyat vasitələrinin sahibləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə, yəni nəqliyyat vasitəsinin istifadəsi həvalə olunmuş şəxs barədə məlumatların əvvəlcədən verilməməsi əməli törətməsi öz təsdiqini tapmışdır. Belə ki, PLATİNİUM-17 MMC-nin mülkiyyətində olan “FORD TRANSİT YÜK” markalı “**-JH-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə 2025-ci ilin əvvəlindən DİN-nin BDYPİ-nə məlumat verməli olduğu halda, bunu etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, PLATİNİUM-17 MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 18.5-ci maddəsinə əsasən, İXM-nin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 43.3-1-ci maddəsinə əsasən, İXM-nin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır. 18.6-cı maddəsinə əsasən, İXM-nin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə PLATİNİUM-17 MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş üç yüz manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: PLATİNİUM-17 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2017/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2017/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver