Məhkəmə qərarları › İş №3(002)-2018/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2018/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2018/2023 22.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 22 sentyabr 2023-cü il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 01 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında X2 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PBnın polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis baş leytenantı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ramin Vəkilovun 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs gələcəkdə yeri müəyyən edildikdə barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, materialın saxlanması üçün Qaradağ RPİ-nin 38-ci PB-na təhvil verilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 öz izahatında bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə 164 nömrəli avtobusla oğlu, 2010-cu il təvəllüdlü Cəfər ilə birlikdə Lökbatan qəsəbəsindən Sahil qəsəbəsinə xəsətxanaya gedən zaman oğlu plastik su qabının üzərində olan etiketi qopardaraq pəncərədən bayıra çıxartmış, bu zaman həmin kağız parçası küləyin təsirindən xoşagəlməz səslər çıxarmışdır. Bu səbəbdən avtobusda olan sərnişinlərdən biri oğluna kobud şəkildə irad bildirmişdir. O, həmin şəxsə nə üçün xəstə oğlu ilə bu cür danışdığını dedikdə həmin şəxs ona uşağa düzgün tərbiyə vermədiyini demişdir. O da həmin şəxsə onun özünün tərbiyyəsiz olduğunu demiş, qadınla bu cür danışmağın düzgün olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə şiddətlənərək həmin şəxs onu nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamışdır. Avtobusdakı digər sərnişinlər onları sakitləşdirməyə çalışdıqda sonradan adının Şəxs olduğunu bildiyi vətəndaş onu təpiklə, daha sonra yumruqla vuraraq başına və burununa xəsarət yetirmişdir. O həmin şəxsə törətdiyi əməllərə görə cavab verməli oldğunu dedikdə o şəxsiyyət vəsiqəsini onun üzərinə tullamış, “get kimə istəyirsən şikayət et, mən heç kəsdən qorxmuram” demişdir. Daha sonra həmin şəxs çıxıb getmiş, ətrafda olan şəxslər ona heç bir müdaxilə etməmişdir. O elə həmin vəziyyətdə Sahil qəsəbəsində yerləşən 38ci Polis Bölməsinə müraciət etmişdir. Hal-hazırda da Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli hesab edərək öz izahatında bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə, 164 nömrəli avtobusla ailə üzvləri ilə birlikdə Sahil qəsəbəsinə ibadət etmək üçün gedirmiş. Avtobusda olan zaman avtobusun içindən azyaşlı uşağın plastik su qabının üzərində olan etiketi qopardaraq pəncərədən bayıra çıxartmış, bu zaman həmin kağız parçası küləyin təsirindən xoşagəlməz səslər çıxarmışdır. O buna görə həmin uşağa irad bildirmiş, uşaq heç bir söz demədən etdiyi hərəkəti dayandırmış, bu zaman bir nəfər qadın uşağın anası olduğunu bildirərək onunla mübahisə etmiş və onu ailəsinin yanında nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Aralarında yaranmış mübahisə zamanı qadın onun üzərinə gəlmiş, o da buna görə həmin qadının çiynindən itələmiş, lakin onu vurmamışdır. O, öz izahatında törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmişə qarşı üzrxahlıq etdiyini, maddi durumunda çox böyük çətinliklər olduğu üçün əsəbi olduğunu və bu səbəbdən də həmin gün özünü ələ ala bilmədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 01 sentyabr 2023-cü il tarixli 645 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər – burun belinin sıyrığı və sağ bazu nahiyyəsəinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 01 sentyabr 2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs gələcəkdə yeri müəyyən edildikdə barəsində İXM-nin 157ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, materialın saxlanması üçün Qaradağ RPİ-nin 38-ci PB-na təhvil verilməsi qərara alınmışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və bununla bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, eləcə də törətdiyi əməldən peşiman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar