Məhkəmə qərarları › İş №3(002)-2018/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2018/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2018/2025 28.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi – Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş protokolda və protokola əlavə edilmiş inzibati xəta haqqında materialda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən həmin MMC-nin mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK” markalı “**-YE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə edilmiş şəxsin kim olması barədə əvvəlcədən məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq, protokol tərtib edən Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən məsələ ilə bağlı Şəxs MMC yeni fəaliyyət göstərməyə başladığı üçün hüquqi şəxsin balansında olan nəqliyyat vasitələrinin sürücüləri barədə DİN-nin BDYPİ-nə əvvəlcədən məlumat verilməli olması barədə məlumatsız olmuşlar. Sürücülər tərəfindən Şəxs MMC-nin balansında olan nəqliyyat vasitələri yol vərəqəsi əsasında idarə olunmuş, daha sonra məsələ ilə məlumatlandırıldıqdan sonra sürücülərə notarial qaydada təsdiq olunmuş etibarnamələr verilmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən həmin MMC-nin mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK” markalı “**-YE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə edilmiş şəxsin kim olması barədə əvvəlcədən məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə Şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, Şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinin mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK” markalı “**-YE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Yusif Səfərov- Afiyəddin Cəlilov küçəsi kəsişməsində xx.xx.2025-ci il tarixdə saat 10:26-da yol nişanlarının tələblərinə riayət edilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan əməl törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzədə tutulan əməl törədilərkən DİN-nin BDYPİ-də “BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK” markalı “**-YE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat olmadığı üçün xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin DYPŞ-dən Şəxs MMC ilə əlaqə saxlanılaraq həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş edilmiş, bu barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. DİN-nin BDYPİ-nin Web Portalından edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan ağ mirvari rəngli “BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK” markalı “**-YE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə olunan şəxsin barəsində hər hansı məlumat mövcud deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin nəqliyyat vasitələrinin sahibləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə, yəni nəqliyyat vasitəsinin istifadəsi həvalə olunmuş şəxs barədə məlumatların əvvəlcədən verilməməsi əməli törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş üç yüz manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs 13 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar