Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-202/2024 19.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon DYPŞ-nin polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rafail Salmanov küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 14 yanvar 2024-cü il tarixdə, saat 10:47 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi ərazisində “BMW” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, nəqliyyat vasitəsini qəflətən sürətləndirib yerində dövrə vurmaqla davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Qeyd edilənlərə əsasən Qaradağ rayon DYPŞ polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon DYPŞ polis kapitanı X2 bildirmişdir ki, Şəxs 14 yanvar 2024-cü il tarixdə, saat 10:47 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi ərazisində “BMW” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, avtoxuliqanlıq etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əldə edilmiş videogörüntülərə əsasən də Şəxs avtoxuliqanlıq etməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozması təsdiq olunur. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxilması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan hadisənin törədilməsi görüntülərini əks etdirən videogörüntüyə baxış keçirilmiş və Şəxs idarə etdiyi avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokol, CD diskdə əks olunan videogörüntü və işdə olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmədə hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi, əməlindən səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, həmçinin məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla aşağı həddə cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-202/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-202/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver