Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2023/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X6, Qaradağ RPİ-nin DYPŞ-nın İnzibati Təcrübə üzrə Baş İnspektoru polis mayoru X2, Qaradağ RPİ-nin DYPŞ-nın yol patrul xidməti inspektorları, polis baş serjantı X3, polis baş serjantı X4 və polis serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1994-cü ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qobustan rayonu, Qobustan şəhəri, X18 küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat 22:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Qobu Park” yaşayış kompleksində DYPŞ-nın əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 sentyabr 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis mayoru X12 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat 22:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Qobu Park» yaşayış kompleksində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın İnzibati Təcrübə üzrə Baş İnspektoru polis mayoru X7 verdiyi izahatında göstərmişdir ki, 24 sentyabr 2023-cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən Qaradağ rayonu, Qobu Park yaşayış massivi istiqamətində, saat 22:50 radələrində “VAZ 21114” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünun xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona saxla əmri verilmişdir. Bu zaman sürücü hərəkət istiqamətini dəyişərək bir qədər irəlidə olan küçəyə dönüb dayanmışdır. O yanında olan digər yol polisi əməkdaşları ilə birlikdə sürücüyə yaxınlaşaraq özünü təqdim edib sürücüyə törətdiyi inzibati pozuntunun nədən ibarət olmasını bildirmişdir. Bu zaman sürücü və nəqliyyat vasitəsində olan iki nəfər şəxs səbəbsiz olaraq yüksək səslə danışmağa və polisin iş rejimini pozmağa başlamışlar. Onlar nəqliyyat vasitəsinin içərisindən sərt spirt qoxusunun gəldiyini hiss etmiş, sürücünün spirtli içki qəbul edib etmədiyini soruşmuşlar. Bu zaman maşında əyləşən sərnişinlər və sürücü daha da aqressivləşmiş, onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışlar. Onlar efir vasitəsilə yaxınlıqda olan digər patrul xidməti əməkdaşlarını köməyə çağırmış və sürücü ilə sərnişinlərin ərazidən uzaqlaşmaması üçün onları saxlamağa çalışmışlar. Daha sonra onları 10-cu Polis Şöbəsinə təhvil vermişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər X9, X11 və Şəxsdur. Odur ki, sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın yol patrul xidməti inspektorları, polis baş serjantı X8, polis baş serjantı X10 və polis serjantı X5 da oxşar izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Qobustan rayonu, Qobustan şəhəri, X18 küçəsi, ev 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, evlidir, himayəsində bir azyaşlı övladı var. 24 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində tanışları X9 və X11 içkili olduqlarından onu nəqliyyat vasitəsini idarə etməsi üçün çağırmışlar. O tanışlarını “Qaradağ” şadlıq sarayından götürərək Müşfiqabad qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobilinin işıqlarında konstruksiya dəyişikliyi olduğundan YPX əməkdaşları ona saxla işarəsi vermiş, o isə polisdən yayınmaq məqsədilə yaxınlıqda olan küçəyə dönmüşdür. Polis əməkdaşları onlara yaxınlaşaraq ondan spritli içki qəbul edib-etmədiyini soruşmuşlar. Daha sonra ondan polis maşınında əyləşməsini istəmişlər, o polisin bu tələbinə əməl etmişdir. O polisə qarşı heç bir nalayiq ifadə işlətmədiyini, sadəcə aralarında müəyyən narazılıq yarandığını bildirmişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 24 sentyabr 2023-cü il tarixdə yol polisi əıməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 25 sentyabr 2023-cü il tarixli, 2/34973 nömrəli protokoldan aydın olur ki, Şəxs həmin gün saat 00:05-də müayinədən keçirilərkən ayıq olmuşdur. İnzibati materiala əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 25 sentyabr 2023-cü il tarixdə saat 01:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2023/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2023/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver