Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2025/2022 13.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonunda ünvanını bilmədiyi mənzildə kirayənişin yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X9, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1199/2018 saylı, 30 mart 2018-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X9 izahat verərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1199/2018 saylı, 30 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən 09 fevral 2018-ci il tarixdən başlayaraq 30 may 2012-ci il təvəllüdlü X2 və 17 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra sənədini tam icra etməmişdir, belə ki, bundan əvvəl də aliment üzrə başqa icra vərəqi ilə bağlı barəsində inzibati qaydada həbs seçilmiş, bundan sonra tələbkar borclunun həmin vaxt üçün olan yeddi min manat aliment borcundan dörd min bağışlamışdır. 2(002)-1199/2018 saylı, 30 mart 2018-cü il tarixli icra vərəqi ilə bağlı isə indiyədək heç bir ödəniş etməməklə hal-hazırda borclunun tələbkara 18480 manat aliment borcu qalmaqdadır. Bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirmişdir ki, o, “Sədərək” TM-də satıcı işləməklə iki azyaşlı qız övladını təkbaşına böyüdür, Şəxs illərdir uşaqlarının üzünü görmür, onlarla maraqlanmır. Yaranmış aliment borcundan heç bir ödəniş etməmişdir. Bütün bunlara əsasən ondan şikayətçi olduğunu və barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, belə ki, 2(002)-1199/2018 saylı, 30 mart 2018-cü il tarixli icra vərəqəsinə əsasən 09 fevral 2018-ci il tarixdən başlayaraq 30 may 2012-ci il təvəllüdlü X2 və 17 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. O, aliment borcundan indiyədək min manata yaxın məbləğdə ödənişlər etdiyini, lakin həmin ödənişlərin qəbzlərini özündə saxlamadığı üçün bunu hal-hazırda sübut edə bilmədiyini bildirmişdir. Hal-hazırda başqası ilə ailəli olmaqla bir azyaşlı övladının olduğunu, rəngsaz köməkçisi işləməklə aylıq 300-400 manat məbləğində gəlirinin olduğunu, vaxt veriləcəyi təqdirdə qismən ödəniş etməklə, növbəti aydan vaxtlı-vaxtında aliment borcundan ödənişlər edəcəyini bildirmişdir. O barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 13 dekabr 2022-ci il tarixdən saat 16:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2025/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2025/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver