Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2025/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, X1, X2 etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(103)-286/2019 saylı icra sənədinə əsasən mülki iddia təmin edilmiş, zərərçəkmiş şəxs X11 vurulmuş maddi ziyan 300 manat pul vəsaiti və 3818 ABŞ dollarının ödəniş günü manat məzənnəsinə uyğun olan pul vəsaiti təqsirləndirilən şəxs Şəxs tutularaq zərərçəkmiş şəxs X9 xeyrinə ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1791/2020 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8590 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X4 xeyrinə tutulmalıdır. Borclu Şəxs üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.M.Bağırov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(103)-286/2019 saylı icra sənədinə əsasən mülki iddia təmin edilmiş, zərərçəkmiş şəxs X11 vurulmuş maddi ziyan 300 manat pul vəsaiti və 3818 ABŞ dollarının ödəniş günü manat məzənnəsinə uyğun olan pul vəsaiti təqsirləndirilən şəxs Şəxs tutularaq zərərçəkmiş şəxs X9 xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə 07 may 2019-cu il tarixdə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirməklə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Hazırki vaxtadək həmin iş üzrə ümumiyyətlə ödəniş olmamışdır. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1791/2020 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8590 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X4 xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə 05 yanvar 2021-ci il tarixdə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirməklə bağlı bildiriş göndərilmişdir. Həmin icra sənədi üzrə borclu tərəfindən tələbkarın xeyrinə 230 manat ödənmişdir. Hər iki icra sənədi üzrə borclu öhdəliklərini tam icra etmədiyi üçün inzibati qaydada məsuliyyətə cəlb olunmuş, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, heç bir nəticə çıxarmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli icra vərəqəsi üzrə mövcud hesaba təxminən 150- 200 manat ödəniş etmişdir. Lakin bundan sonra ödəniş edilməsi üçün ona heç bir bank rekvizitləri, şəxsi hesab nömrəsi verilməmişdir. Onun heç bir rəsmi iş yeri yoxdur, iş olandan olana işləyərək qazancından ödəniş etmişdir. Sentyabr ayında 35 manat qazancı olmuş, ondan 20 manat ödəniş etmişdir. Əlavə olaraq bildirmişdir ki, səhhətində olan problemlə əlaqədar müalicə aldığı üçün ödənişləri edə bilməmişdir. X1 xeyrinə ümumilikdə 230 manat pul, X9 xeyrinə isə 200 manata yaxın ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saat 16:00 radələrində icra şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlilliyi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirmişdir ki, Şəxs ona məxsus evdən ümumilikdə 8590 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bu səbəbdən mülki iddiaçı kimi tanınaraq həmin məbləğin borcludan alınaraq ona qaytarılması qərara alınmışdır. Borclu tərəfindən ona vurulmuş ziyandan 200 manat ödəniş edilmişdir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan borcunu tələb edir. Məhkəmə iclasında iştirak edən X2 etibarnamə üzrə nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, Şəxs ona məxsus evdən oğurluq etməklə 3818 ABŞ dolları ziyan vurmuşdur. Əlavə olaraq Şəxs başqa şəxsə olan borcunu bağlaması üçün ona 300 manat borc pul vermişdir. Məhkəmə aktı ilə mülki iddiaçı kimi tanınmış və həmin məbləğin ona qaytarılması qərara alınmışdır. Hazırki vaxtadək Şəxs tərəfindən ona heç bir ödəniş edilməmişdir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan borcunu tələb edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(103)-286/2019 saylı icra sənədinə əsasən mülki iddia təmin edilmiş, zərərçəkmiş şəxs X11 vurulmuş maddi ziyan 300 manat pul vəsaiti və 3818 ABŞ dollarının ödəniş günü manat məzənnəsinə uyğun olan pul vəsaiti təqsirləndirilən şəxs Şəxs tutularaq zərərçəkmiş şəxs X9 xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 07 may 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(103)-286/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 07 may 2019-cu il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1791/2020 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8590 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X4 xeyrinə tutulmalıdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 05 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1794/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 05 yanvar 2021-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 3(002)-1873/2020 nömrəli qərərına əsasən Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(103)-286/2019 saylı icra sənədi üzrə öhdəliklərini icra etmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 3(002)-846/2021 nömrəli qərərına Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1791/2020 nömrəli icra sənədi üzrə öhdəliklərini icra etmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2022ci il tarixli, 3(002)-846/2021 nömrəli qərərına Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 3(002)-1864/2023 nömrəli qərərına Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində X6 Bakı Regional Məşğulluq Filialının 29 dekabr 2022-ci il məktubundan görünür ki, Şəxs 9 avqust 2021-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır. Müraciətin araşdırılması məqsədilə Filalın əməkdaşı tərəfindən Şəxs ilə əlaqə saxlanılmışdır. Şəxs məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq MEİS-in “Əmək və məşğulluq” altsistemindəki vakansiya baxımından münasib işlər ("xxxx" MMC-də xadimə, əməkhaqqı 300-400 manat və “Bakı Şəhər Baş Polis İdarəsi”ndə xadimə) təklif olunmuş və bu barədə məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. Şəxs "xxxx" MMC-də xadimə vakansiyasına razılıq verdiyi üçün həmin iş yerinə elektron göndəriş formalaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(103)-286/2019 saylı icra sənədinə əsasən mülki iddia təmin edilmiş, zərərçəkmiş şəxs X11 vurulmuş maddi ziyan 300 manat pul vəsaiti və 3818 ABŞ dolları, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-1791/2020 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8590 manat məbləğində pul və 30 manat dövlət rüsumu iddiaçı X4 xeyrinə ödənilməlidir. Borclu tərəfindən X1 xeyrinə 230 manat, digər tələbkar X11 isə 200 manata yaxın ödəniş edilməsinə, barəsində dəfələrlə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmasına, cərimə növündə inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, ödənilmiş məbləğlər ümumi borca münasibətdə cüzi olmuş və borclu icranı tam olaraq qərəzli şəkildə təmin etməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq borcunu ödəməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, ona əvvəllər tətbiq edilmiş cərimə növündə inzibati tənbehlərdən nəticə çıxarmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 25 sentyabr 2023cü il tarixdən saat 16:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2025/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2025/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver