Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2026/2022 13.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Füzuli rayonu, Zərgər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, hərbi qulluqçu, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 859 nömrəli h/h-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 2(011)-1937/2012 nömrəli icra sənədinə əsasən xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 17 aprel 2012-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutularaq X2 ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 2886 manat aliment borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs hazırkı tarixə 2886 manat aliment borcu mövcuddur. Göstərilənlərə əsasən, borclu O.Z.Göyüşlü barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 2(011)-1937/2012 nömrəli icra sənədinə əsasən xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 17 aprel 2012-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutularaq X2 ödənilməlidir. Qeyd olunan icra sənədindən xəbərdardır. O hərbi xidmətdə olan zaman aliment dövlət tərəfindən onun əmək haqqından tutulmuşdur. O, ehtiyata buraxıldıqdan sonra alimentin onun pensiyasına yönəldilməsi barədə tələbkarla aralarında razılıq əldə olunduğu üçün borcu barədə maraqlanmamışdır. Lakin, bu gün, icra şöbəsində ona məlum olmuşdur ki, aliment borcunun hərbi qulluqçuların pensiyasına yönəldilməsinə mədudiyyət mövcuddur. Bu səbəbdən tələbkarla hazırki vəziyyəti müzakirə edərək 900 manat civarında aldığı pensiyanın təqribən ¼ hissəsi nəzərə alınmaqla 200 manat aylıq aliment borcu kimi, əlavə 100 manat isə yığılmış aliment borcu üçün ümumilikdə 300 manat ödənilməsi barədə razılığa gəlmişlər. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında tələbkarla razılaşdıqları qaydada aliment borcu üzrə ödənişlər edəcəyinə dair ərizəsini də məhkəməyə təqdim etmişdir. Həmçinin, biıdirmişdir ki, icra şöbəsində olarkən icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Öz hüquqlarını müdafiə edəcəyini bildirərək, dövlət hesabına vəkillə təmin olunmaqdan imtina etməsi barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar S.B.Karpişa öz izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 2(011)-1937/2012 nömrəli icra sənədinə əsasən xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 17 aprel 2012-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutularaq ona verilməli olsa da, son 1 il ərzində borclu icra sənədi üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Borclu Şəxs bugünə 2886 manat borcu qalmışdır. Borclu tərəfindən hərbi xidmətdən təxris ounduqdan sonra aliment borcunun onun hərbi qulluqçu olaraq aldığı pensiyasına yönəldilməsi ona əvvəllər təklif olunsa da alimentin pensiyay yönəldilməsi mümkün olmamışdır. Sonda məhkəməyə ərizə təqdim edərək borclu tərəfindən ona hər ay ümumilikdə 300 manat ödəniləcəyi barədə razılaşdıqlarını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 2(011)-1937/2012 nömrəli icra sənədinə əsasən xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 17 aprel 2012-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutularaq X2 ödənilməlidir. İcraata başlama haqqında 11 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 2(011)-1937/2012 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 2(011)-1937/2012 nömrəli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə 2886 manat aliment borcu yaranmışdır. X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 13 dekabr 2022-ci il tarixdə məhkəmə iclasında borclu Şəxs tərəfindən onun xeyrinə hər ay 200 manat aliment pulu, əlavə olaraq 100 manat yığılmış aliment borcu olmaqla, ümumilikdə 300 manat ödəniləcəyi barədə razılığa gəlmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borclu R.F.Quıiyev tərəfindən borcunun hissə-hissə ödənilməsinə dair söz verildiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2026/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2026/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver