Məhkəmə qərarları › İş №3(002)-2027/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2027/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2027/2023 27.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Şirvan şəhər Məhkəməsinə inzibati material daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(032)-1076/2023 saylı qərardadı ilə inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərardad onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta hadisəsi hərəkətsizliklə törədildiyinə görə Konstitsuiya Məhkəməsinin hüquqi mövqeyi baxımından inzibati xəta haqqında iş üzrə icraat materialları gömrük prosedurunun rəsmiləşdirildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli, 00100-01882/23 saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 60892320, 64958887, 60555552 nömrəli vaqonlar vasitəsilə gələn yüklər 16 iyun 2023-cü il tarixli **********7837 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin 60892320 nömrəli vaqonla gələn malların Azətbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Gömrük Məəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbindən aydın olur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi Şəxs MMC öz üzərinə düşən öhdəliyini qanunla müəyyən edilmiş qaydada icra etməmiş, yəni, gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Qeyd olunan prosedur hüquqi şəxsin öz ünvanında həyata keçirilməli olan zəruri öhdəlikdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanının yerləşdiyi yerdə baş verdiyindən həmin inzibati material aidiyyəti üzrə Şirvan şəhər məhkəməsində baxılmalı olduğundan aidiyyət məsələsinin həll edilməsi məqsədilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyət məsələsinin həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar