Məhkəmə qərarları › İş №3(002)-2028/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2028/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2028/2022 14.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/2022 saylı, 31 mart 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-164/2022 saylı, 31 mart 2022-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 04 fevral 2009-cu il təvəllüdlü X6 və 16 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, alimentin 12 oktyabr 2021-ci il tarixdən tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bundan başqa Şəxs işlə təmin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı DOST Mərkəzinə müraciət edilmiş, həmin qurumdan 18 avqust 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinə göndərilmiş cavab məktubunda Şəxslə əlqə saxlanıldığı və Mərkəzə dəvət olunduğu, lakin vətəndaşın məşğulluq məsələləri ilə müraciət etmədiyi qeyd olunmuşdur. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 8(002)- 546/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadına əsasən Şəxs Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Borclu bundan qabaq dəfələrlə icra şöbəsinə dəvət olunmuş və aliment borcunu ödəməli olduğu ona izah olunmuşdur. O öz izahatına onu da əlavə etmişdir ki, borclu birgə nigahdan əldə etikləri mənzili 100 manata kirayəyə verərək əldə edilən gəliri hər ay tələbkara ödədiyindən Qaradağ rayon Məhkəməsinin 3(002)-855/2022 saylı qərarı ilə həmin ödənişlər də aliment borcundan çıxılmış və borclunun icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlməsi nəzərə alınaraq iş üzrə icraata xitam verilmişdir. Borclu bu ilin sentyabr ayında yığılmış 2500 manat aliment borcundan 500 manat birdəfəyə ödəniş etmiş, bundan sonra onunla əlaqə saxlanılsa da onu tapmaq mümkün olmamışdır. Nəticədə bu gün, yəni 14 dekabr 2022-ci il tarixdə boclu Qaradağ RPİ-nin 10-cu PB-nın vasitəsilə Qaradağ rayon İcra və probasiya Şöbəsinə təqdim edilmişdir. Borclu icra sənədini tam icra etməyərək indiyədək 3300 manat aliment borcu yaranmışdır. Bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında bildirmişdir ki, o birgə nikahdan əldə edilən mənzilin kirayə verilməsindən hər ay 100 manat götürsə də bu pulun aliment borcundan çıxılmasını istəmir, özü iki uşağını təkbaşına böyüdür, rəsmi iş yeri yoxdur, qeyri-rəsmi paltar mağazasında satıcı işləyir və əldə etdiyi məvacib iki uşağını təkbaşına böyütməyə ona imkan vermir. Buna görə də borclunun aliment borclarını ödəmədiyi üçün ondan şikayətçi olduğunu və barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, indiyədək borcundan ayrı-ayrı vaxtlarda kifayət qədər ödənişlər etmiş, birgə nikahdan əldə etdikləri mənzilin kirayəsindən gələn gəliri tələbkara vermişdir, hal-hazırda rəsmi işləmir. Fəhləlik etməklə ayda 300-400 manat qazanır. DOST Mərkəzində ona təklif edilən işlə əlaqədar alacağı məvacib fəhləliklə qazandığı gəlirdən aşağı olduğu üçün həmin işdən imtina etmişdir. Bütün bunların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, böyük icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 14 dekabr 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi və eləcə də icra məmurunun çağırışlarına gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən saat 15:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar