Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2029/2022 14.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:1HMV754), evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Qobustan qəsəbəsi, Sahil bağları, ev 7 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 14 dekabr 2022-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin 719 saylı postunda polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru T.Ə.Əhmədov inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 14 dekabr 2022-ci il tarixdə idarə etdiyi Man markalı, qoşqusu ilə birlikdə **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını 719 saylı posta yaxın yerdə, körpünün üzərinə qalxan zaman adını bilmədiyi yol patrul əməkdaşı tərəfindən ona saxlama işarəsi verilmişdir. O, avtomaşını yolun kənarına çəkmiş və nə üçün saxladığını soruşduqda yol patrul xidmətinin əməkdaşı ona nəqliyyat vasitəsinin yüklü olduğu üçün tərəziyə qayıtmalı olduğunu bildirmişdir. O, bununla razılaşmayaraq, maşının qoşqulu olması və arxaya verilməsində çətinlik yaranacağını əsas gətirməklə, maşının tərəziyə qayıtmasının mümkünsüz olduğunu etiraz edərək bildirmişdir. Bu səbəbdən polis əməkdaşı ilə onun arasında sözlə mübahisə yaranmış, polis əməkdaşı maşını arxa tərəfdə olan tərəziyə sürməsini ondan tələb etmişdir. Yol patrul xidmətinin əməkdaşının qanuni tələbinə etiraz etməyə davam etdiyi üçün onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Hal-hazırda öz əməlini etiraf edir, əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Polis Bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı, yol patrul xidməti baş inspektoru X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 14 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən 844 çağırışda xidmət aparan polis baş serjantı X3 radio rabitə vasitəsilə Bakı- Qazax yolunun 46-cı km-dən Bakı istiqamətinə kömək çağırmış, o, polis serjantı Tural Quliyev ilə birlikdə deyilən yerə yaxınlaşmışlar. Orada Man markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolu tam olaraq bağladığını görmüş, Şəxs uca səslə ünvansız söyüş söyməsinin şahidi olmuşdur. Sürücü Şəxs nəqliyyat vasitəsini magistral yolun hərəkət hissəsindən çəkməməsinə səbəb olan halı öyrəndikdə onun elektron tərəzi olan posta qayıtmasına etiraz etdiyini öyrənmişdir. Onlar Şəxs yolu açmasını dəfələrlə tələb etsələr də o, buna əməl etməmiş və avtomobili yolun hərəkət hissəsindən çəkməmişdir. Dövlət əhəmiyyətli yolun açılması üçün yük maşınını yolun hərəkət hissəsindən çəkib 719 saylı posta gətirmiş, sürücünü isə xidməti avtomobil vasitəsilə polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X3 digər şahid X2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 dekabr 2022-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin 719 saylı postunda polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli raportdan görünür ki, 14 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən 844 çağırışda xidmət aparan polis baş serjantı X3 radio rabitə vasitəsilə Bakı-Qazax yolunun 46-cı km-dən Bakı istiqamətinə kömək çağırmış, o, polis serjantı Tural Quliyev ilə birlikdə deyilən yerə yaxınlaşmışlar. Orada Man markalı **- UM-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolu tam olaraq bağladığını görmüş, Şəxs uca səslə ünvansız söyüş söyməsinin şahidi olmuşdur. Onlar Şəxs yolu açmasını dəfələrlə tələb etsələr də o, buna əməl etməmiş və avtomobili yolun hərəkət hissəsindən çəkməmişdir. Dövlət əhəmiyyətli yolun açılması üçün sürücünü yolun hərəkət hissəsindən patrul avtomaşınına mindirib və yük maşınını yolun hərəkət hissəsindən çəkib 719 saylı posta gətirmiş və daha sonra polis bölməsinə gətirmişlər. Sürücü barəsində tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 14 dekabr 2022-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin 719 saylı postunda Şəxs polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Bununla da, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün verdiyi ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2029/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2029/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver