Məhkəmə qərarları › İş №3(002)-2029/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2029/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2029/2025 06.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-02812/25 saylı, 22 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin “İpək Yolu” gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 1100/029/026197 nömrəli raportda qeyd edilmişdir ki, Çin Xalq Respublikasından 50576UBA/502810BA qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixli İN090725 nömrəli invoys əsasında idxal olunan və Bakı Baş Gömrük İdarəsində **********8489 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara “İpək Yolu” gömrük postunun 2 saylı anbarında gömük yoxlaması keçirilən zaman bəyan olunmayan 5 dəst Çin Xalq Respublikasında istehsal olunmuş “Contec” firmasına məxsus “KT88-2400” markalı “X9 Activity Mapping” diaqnoz aparatı aşkar olduğu müəyyən edilmişdir. Faktla bağlı kifayət qədər biliyə və bacarığa malik olan, işin nəticəsində maraqlı olmayan iş üzrə əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli qərarla mütəxəssis təyin edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 222 nömrəli mütəxəssis rəyinə əsasən, mallara gömrük yoxlaması keçirilən zaman düzgün bəyan olunmadığı aşkar olunan “Contec” firmasına məxsus “KT88-2400” markalı “X9 Activity Mapping” diaqnoz aparatının ədədi 2500 AZN ümumilikdə isə 12500 AZN olaraq müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən 12500 AZN dəyərində olan mallar gömrük orqanına düzgün bəyan olunmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, gömrük yoxlaması keçirilən zaman düzgün bəyan olunmadığı aşkar olunan “Contec” firmasına məxsus “KT88-2400” markalı “X9 Activity Mapping” diaqnoz aparatının rəsmiləşdiriləcəyi təqdirdə yaranacaq gömrük ödənişlərinin məbləği barədə Rəsmiləşdirmə mərkəzinə sorğu verilmiş və 3-33- 1100/012/029906 nömrəli cavab raportunda bildirilmişdir ki, qeyd olunan malların bəyan edilərək rəsmiləşdiriləcəyi təqdirdə yaranacaq gömrük ödənişlərinin məbləği əlavə dəyər vergisi üzrə isə 1588.98 AZN təşkil edir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bu fakt 3-33-1100/029/026197 nömrəli raport, baxış keçirilməsi haqqında protokol, izahat, ekspert rəyi, ərizə və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X4 bildirmişdir ki, gömrük bəyannaməsində bəyan olunan “Miostimulation device for beauty and slimming purposes” aparatını 10 ədəd sifariş vermişdirlər, lakin gömrük yoxlaması zamanı müəyyən edilmişdir ki, həmin aparatdan 5 ədəd göndərilib və göndərilməyən 5 ədədin əvəzinə “Contec” firmasına məxsus “KT88-2400” markalı “X9 Activity Mapping” diaqnoz aparatı göndərilmişdir. Bildirdi ki, idxal olunan “Miostimulation device for beauty and slimming purposes” aparatının hər biri üçün 900 dollar ödəniş etmişlər. Xarici şirkət tərəfindən yanlışlıqla göndərmiş olduğu malların dəyərinin inzibati protokolda əks olunan qiyməti ilə razı deyildirlər və həmin malların həqiqətən də 12500 manat dəyərində olmasını təsdiq edən heç bir sübutun olmamasını, eyni zamanda qeyd olunan fakt üzrə təmsil etdiyi cəmiyyətin heç bir qəsdinin olmadığını, məhsulun yanlışlıq nəticəsində göndərilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə rəy vermiş mütəxəssis X7 bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı və xx.xx.2025-ci il tarixli 3-33-1100/2-004079/2025 saylı məktubuna əsasən tədqiqata təqdim olunan 5 dəst Çin Xalq Respublikasında istehsal olunmuş "CONTEC" firmasına məxsus "KT88-2400" markalı "X10 Activity Mapping" diaqnoz aparatının xx.xx.2025-ci il tarixə 1 ədədinin və ümumilikdə bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur. Bu suala cavab vermək üçün rəyin 5-ci bəndində göstərilən sənədlər təqdim edilmişdir. Malların qiymətlərini müəyyənləşdirən zaman müvafiq malların satışı ilə məşğul olan ticarət məntəqələrində analoji mallar üzərində araşdırmalar aparmış, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyinin baza məlumatlarına istinad etmiş, internet saytlarda olan məlumatları analiz etmişdir. Eyni zamanda Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 11-ci maddəsinə əsasən zəruri hesab etdiyi məlumatı şifahi formada üçüncü şəxslərdən əldə etmişdir. Araşdırmalar nəticəsində mallara gömrük yoxlaması keçirilən zaman düzgün bəyan olunmadığı aşkar olunan “Contec” firmasına məxsus “KT88-2400” markalı “X9 Activity Mapping” diaqnoz aparatının bazar dəyəri ədədi 2500 AZN, ümumilikdə isə 12500 AZN olaraq müəyyən edilmişdir. Suala cavab olaraq bildirmişdir ki, malın tərəflər arasında olan müqavilədə əks olunan qiymətinə istinad etməməsinə səbəb məhz həmin sənədlərdə qeyd edilən qiymətlərdə uyğunsuzluq müəyyən edildiyi üçün gömrük idarəsi tərəfindən onlara müraciət edilmişdir. İş materiallarında olan ”İpək Yolu” gömrük postundan Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış raportdan görünür ki, Çin Xalq Respublikasından "xxxx" MMC-nin ünvanına "50576UBA/502810BA" qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində "İN090725" saylı xx.xx.2025-ci il tarixi invoysla idxal olunan və Bakı Baş Gömrük İdarəsində "**********8489" sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara "İpək Yolu" gömrük postunun 2 saylı anbarında gömrük yoxlaması keçirilən zamanı bəyan olunmayan 5 dəst Çin Xalq Respublikasında istehsal olunmuş "CONTEC" firmasına məxsus "KT88-2400" markalı "X9 Activity Mapping" diaqnoz aparatı aşkar olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə bağlı, məsələnin araşdırılması üçün Əməliyyat və Təhqiqat İdarəsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 82, 91, 92.2.1 və 99-cu maddələrinə əsasən, Çin Xalq Respublikasından "xxxx" MMC-nin ünvanına "50576UBA/502810BA" qeydiyyat nişanlı yük nəqliyyat nəqliyyat vasitəsində "İN090725" saylı xx.xx.2025-ci il tarixi invoysla idxal olunan və Bakı Baş Gömrük İdarəsində "**********8489" sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara "İpək Yolu" gömrük postunun 2 saylı anbarında gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə göstərilənlərlə qoşquda olan gömrük bəyannaməsində qeyd olunan 1-ci mal mövqeyində qeyd olunmuş invoys üzrə 9cu mal mövqeyi olan "Miostimulation device for beauty and slimming purposes, AU800S" - 10 dəst bəyan olunduğu halda 5 dəst aşkar olunmuşdur. Bəyan olunmayan 5 dəst Çin Xalq Respublikasında istehsal olunmuş "CONTEC" firmasına məxsus KT88-2400 "X9 Activity Mapping" diaqnoz aparatı aşkar olunmuş, Gömrük yoxlaması tam başa çatdıqdan sonra müvafiq sənədləşmə aparılmaqla, sözügedən yük hüquqpozma predmeti kimi saxlanılmış, yükə dair sənədlər götürülməklə, həmin yük nəqliyyat vasitəsinə yüklənərək nəqliyyat vasitəsinin qoşqusu gömrük təminatı ilə təmin edilmiş, sonda həmin nəqliyyat vasitəsi "İpək yolu" gömrük postunun inzibati ərazisində saxlanılmışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 izahatından görünür ki, gömrük bəyannaməsində bəyan olunan “Miostimulation device for beauty and slimming purposes” aparatını 10 ədəd sifariş vermişlər, lakin gömrük yoxlaması zamanı müəyyən edilmişdir ki, həmin aparatdan 5 ədəd göndərilib və göndərilməyən 5 ədədin əvəzinə “Contec” firmasına məxsus “KT88-2400” markalı “X9 Activity Mapping” diaqnoz aparatı göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 222 nömrəli mütəxəssis rəyindən görünür ki, mallara gömrük yoxlaması keçirilən zaman düzgün bəyan olunmadığı aşkar olunan “Contec” firmasına məxsus “KT88-2400” markalı “X9 Activity Mapping” diaqnoz aparatının bazar dəyəri ədədi 2500 AZN, ümumilikdə isə 12500 AZN olaraq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, BBGİ İpək yolu gömrük postundan daxil olmuş 3-33-1100/029/026197 saylı xx.xx.2025-ci il tarixli raporta əsasən, "xxxx" MMC ünvanına 50576UBA/502810BA dövlət nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan, **********8489 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı sözügedən bəyannamədə qeyd olunmayan olunmayan 5 dəst Çin Xalq Respublikasında istehsal olunmuş "CONTEC" firmasına məxsus "KT88-2400" markalı "X9 Activity Mapping" diaqnoz aparatı aşkar olunmuşdur. "Azərekspertiza" Birliyinin 222 nömrəli ekspert rəyinə əsasən malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri 12500 AZN olaraq müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin ünvanına göndərilən və **********8489 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların dəyərinin 12500 AZN olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Rəsmiləşdirmə mərkəzinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsindən daxil olmuş 3-33- 1100/013/028603 saylı 4 sentyabr 2025-ci il tarixli raporta cavab olaraq bildiririk ki, "xxxx" MMC ünvanına 50576UBA/502810BA dövlət nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan, **********8489 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı sözügedən bəyannamədə qeyd olunmayan olunmayan 5 dəst Çin Xalq Respublikasında istehsal olunmuş "CONTEC" firmasına məxsus "KT88-2400" markalı "X9 Activity Mapping" diaqnoz aparatı aşkar olunmuşdur. "Azərekspertiza" Birliyinin 222 nömrəli ekspert rəyinə əsasən malların xx.xx.2025-ci il tarixinə orta bazar dəyəri 12500 AZN olaraq müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin ünvanına göndərilən və **********8489 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar üzrə aparılan araşdırmalara əsasən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği - ƏDV üzrə 1588.98 AZN təşkil edir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 ərizəsindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində göstərilən inzibati xətanı törətdiklərini etiraf edirlər və gömrük yoxlaması zamanı aşkar olunan malı rəsmiləşdirmək istəyirlər. Bununla bağlı tanış olduğu 3-33-1100/012/029906 nömrəli raportda göstərilən yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazırdırlar. Eyni zamanda törətdikləri inzibati xətaya görə səlahiyyətli qurumun tətbiq etdiyi cəriməni ödəməyə də hazır olduqlarını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı gömrük xidməti baş leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) barəsində 00100-0 1812/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdığı üçün "xxxx" MMC etibarnamə üzrə nümayəndəsi X3 00100-02812/25 saylı işin materialları ilə tanış edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində daxil olmuş 00100- 02812/25 saylı, 22 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 222 nömrəli mütəxəssis rəyini və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 40 faizi miqdarında cərimə edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 12500 (on iki min beş yüz) manatın 40 faizi həddində, yəni 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar