Məhkəmə qərarları › İş №3(002)-203/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-203/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-203/2025 10.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025ci il tarixdə saat 06:00-da vətəndaş Şəxs inzibati ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, onları təhqir etmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, hadisə günü o, tanışı Həsən Cəfərovla birgə avtomobildə spirtli içki qəbul etmiş və yolda hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən saxlanılmışlar. Lakin, xx.xx.2025-ci il tarixdə çox içkili olması səbəbindən hadisə zamanı nə baş verdiyini xatırlamır. O, polis şöbəsinə gətirilməsinu spirtli içkinin təsirindən ayıldıqdan sonra başa düşmüş, paltarlarının üzərində qan ləkələrinin olduğunu, xəsarətlər aldığını görmüşdür. Həmçinin, bildirmişdir ki, ayıldıqdan sonra tanışı Həsən Cəfərov polis əməkdaşının əl radiostansiyasının yerə düşərək yararsız vəziyyətə düşməsi və onun hər hansı müdaxiləsi səbəbindən bu halın baş verməməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ yol-patrul xidməti inspektoru X1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 06 radələrində xidmət aparan zaman Həsən Cəfərovun idarə etdiyi və Şəxs sərnişin qismində olduğu nəqliyyat vasitəsi yol hərəkəti qaydasını pozması səbəbindən saxlanılmışdır. Onların sənədlərini yoxlayarkən avtomobili idarə etməsi üçün etibarnamənin olmadığını müəyyən etmişlər. Vətəndaşların Qaradağ DYPŞ-nə gətirilməsi təmin edilmişdir. Yolda gələrkən isə Şəxs onların spirtli içki qəbul etməsi barədə məlumat vermişdir. Qaradağ DYPŞ-nin qarşısına çatdıqda Həsən Cəfərovun paltarlarında qan ləkələrinin olduğunu müəyyən etmişlər, bu barədə ona suallar ünvanladıqda o, nalayiq ifadələr işlətmiş, səbəb olaraq isə Şəxslə dalaşmasını göstərmişdir. Hər iki şəxsi sərxoşluq vəziyyətinin müayinəsi üçün tibb bölməsinə dəvət etdikdə Həsən Cəfərov tabesizlik göstərmiş, Şəxs isə onların ünvanına nalayiq ifadələr səsləndirmişdir. Həmin vaxt ətrafda maşınların yuyulması məntəqəsində çalışan şəxslər və müştəri olmuşdur. Bu səbəbdən şöbəyə Çevik Polis X5 əməkdaşları dəvət olunmuşlar. Sərxoşluq vəziyyətlərinin müayinəsi keçirildikdən sonra hər iki şəxsin Qaradağ RPİ-nin 10-cu PŞ-yə gətirilməsi təmin edilmişdir. Şəxs hadisə yerindən və polis şöbəsindən qaçma halı, polis əməkdaşlarına qarşı müqavimət göstərməsi müşahidə edilməmiş, yalnız onların ünvanlarına nalayiq ifadələr səsləndirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 X5 polis serjantı X4 ifadəsində bildirdi ki, o, və digər X10 əməkdaşları yol polisi tərəfindən Qaradağ DYPŞ-nə çağırılmış, onlara Cəfərov Həsən və Şəxs adlı vətəndaşların sərxoş vəziyyətdə tabesizlik göstərdikləri bildirilmişdir. Şöbədə həmin şəxslərin söyüş söyərək onların qanuni tələbinə əməl etmədiklərini görmüşlər. Həmçinin, onların bu hərəkətləri nəticəsində tağım komandirinin əl radiostansiyası zədələnərək yararsız vəziyyətə düşmüşdür. Lakin, qeyd etdiyi hərəkətlərin Şəxs tərəfindən törədilməsi faktı video qeydə alınmamış, yararsız vəziyyətə salınmış əl radiostansiyasını isə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şıxıyev X2 Heydər Roqday oğlu barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Sabir Həsənova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 06:00-da vətəndaş Şəxs və X6 inzibati ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, onları təhqir etmişdir. Həmçinin, tağım komandiri Şəmsi Əliyevin əl radiostansiyasına təpiklə zərbə vuraraq yararsız hala salmışdırlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində vətəndaş Şəxs inzibati ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, onları təhqir etmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan tutulma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 08:00-da tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:00-da Şəxs inzibati ərazidə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polisin nüfuzuna hörmətsizlik nümayiş etdirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması və ya polis bölməsinə getməkdən yayınması hallarını sübut edəcək hər hansı fakt məhkəməyə təqim edilməmişdir. Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində Məcəllənin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar