Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2031/2023 27.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Salmanova Könül Xasay qızının katibliyi ilə Şəxs MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 06 sentyabr 2023-cü il tarixli EP№0141191 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev mədən 2-də qeydiyyatda olan Şəxs MMC 40989.37 ABŞ dolları məbləğində olan vəsaiti 23 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 40989.37 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 24 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək, eyni zamanda ərizə təqdim edərək öz izahatında göstərmişdir ki, X3 rayon məhkəməsinə müraciət edərək bildirmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqıda protokol tərtib edilmiş və Komiforest MMC 23 avqust 2021-ci il tarixdən xaricə köçürülmüş 40989,37 ABŞ dolları məbləğində vəsaitdən köçürülməsindən 2 il ötsə də mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 24 avqust 2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törədilməsi qeyd edilmişdir. Protokolla razı deyil hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki 270 gün sonra inzibati xəta tördilmiş hesab edilir və 2022-ci ilin may ayının 23-də inzibati xəta törədilmiş hesab edilir. Maliyyə sahəsində törədilmiş inzibati xəta olaraq 01 il müddətində inzibati məsuliyytə cəlb edilə bilər. Yəni 2023-cü ilin 23 mayına kimi. EP ******* saylı inzibati xəta haqqında protokol 06 sentybr tarixdə tərtib edilmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa o öz izahatında göstərmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə göndərilən 40989.37 ABŞ dolları vəsait geriyə qayıtmış, yəni şərait dəyişməklə hər hansı bir inzibati xəta mövcud olmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta hadisəsi öz təstiqini tapdığından qeyd olunan şirkət Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 % (otuz faizi) məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 40989.37 (qırx min doqquz yüz səksən doqquz dollar otuz yeddi sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi həcmində, yəni 12296.81 (on iki min iki yüz doxsan altı dollar səksən bir sent) ABŞ dolları miqdarında (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2031/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2031/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver