Məhkəmə qərarları › İş №3(002)-2031/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2031/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2031/2025 17.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli **********4029, xx.xx.2025-ci il tarixli **********4044 və xx.xx.2024-cü il tarixli **********9427 sorğu nömrəli gömrük bəyannamələrini, Özbəkistan Respublikasında qeydiyyatda olan “X3” şirkətindən "xxxx" MMC-yə pulun köçürülməsi barədə çıxarışı məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli **********4029 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 68282,28 ABŞ dolları, xx.xx.2025-ci il tarixli **********4044 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 68282 ABŞ dolları və xx.xx.2024-cü il tarixli **********9427 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 69300 ABŞ dolları olmaqla, həmin üç gömrük bayannaməsi üzrə ümumi invoys dəyəri 205864,56 ABŞ dolları dəyərində olan alüminium ərintisindən külçələr yükü Özbəkistan Respublikasında qeydiyyatda olan “X3” şirkətinə ixrac edilmişdir. Lakin Özbəkistan Respublikasında qeydiyyatda olan “X3” şirkəti tərəfindən 205864,56 ABŞ dolları xarici valyuta vəsaitini "xxxx" MMC-yə göndərərkən 68 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti xarici bank tərəfindən komissiya olaraq tutulduğundan 205796,56 ABŞ dolları Azərbaycan Respublikasında olan müvəkkil bankın hesabına köçürülmüşdür. Mallar bəyənnamələrdə qeyd edilən tarixdə ixrac edilmişdir. Müvəkkil bank qismində Paşa Bankın çıxış etmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən hər hansı bildiriş əldə etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, 00100-02864/25 (EP 0254501) nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC ilə Özbəkistanda fəaliyyət göstərən “X3” şirkəti ilə bağlanılmış müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********9427 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 69300 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 68 AВŞ doİİarı məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq оİaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli **********4029, xx.xx.2025-ci il tarixli **********4044 və xx.xx.2024-cü il tarixli **********9427 sorğu nömrəli gömrük bəyannamələridən, Özbəkistan Respublikasında qeydiyyatda olan “X3” şirkətindən "xxxx" MMC-yə pulun köçürülməsi barədə çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli **********4029 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 68282,28 ABŞ dolları, xx.xx.2025-ci il tarixli **********4044 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 68282 ABŞ dolları və xx.xx.2024-cü il tarixli **********9427 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 69300 ABŞ dolları olmaqla, həmin üç gömrük bayannaməsi üzrə ümumi invoys dəyəri 205864,56 ABŞ dolları dəyərində alüminium ərintisindən külçələr yükü Özbəkistan Respublikasında qeydiyyatda olan “X3” şirkətinə ixrac edilmiş, Özbəkistan Respublikasında qeydiyyatda olan “X3” şirkəti tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikasında olan müvəkkil bankdakı hesabına 205796,56 ABŞ dolları, yəni 68 ABŞ dolları əskik xarici valyuta vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 68 (altmış səkkiz) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində, yəni 20 (iyirmi) ABŞ dolları 04 (dörd) sent məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına nisbətən məzənnəsi ilə) inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar