Məhkəmə qərarları › İş №3(002)-2032/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2032/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2032/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin 3 saylı sexinin kran operatoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də kran operatoru vəzifəsində işləyən Şəxs Təvəkkül oğlu əmək müqaviləsinə 1 saylı əlavə-işçinin əmək funksiyaları və tapşırıqları bölməsinin 8-ci bəndinin tələblərinə əməl etməli, yəni işarəverən ilə əlaqə saxlamalı olduğu halda bunlara əməl etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək xx.xx.2023-cü il tarixdə saat 10:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun sahəsində yerləşən 3 nömrəli sexin 2-ci texnoloji aralığında metal tullantılar olan ərazidə çeşidləmə işləri aparan zaman işarəverənin göstərişi olmadan kran vasitəsi ilə qaldırdığı metal vərəqi özbaşına endirdiyindən metal vərəq ilə taxta parçası ortasında qalan yükqaldırma aksesuarını (sıxacı) çıxarmaq istəyən "xxxx" MMC-nin yükqaldırma üzrə qoşucusu Zərərçəkmiş şəxs sağ əlinin ikinci barmağının qeyd edilən metal vərəq ilə taxta parçası arasında sıxılıb qalaraq həmin barmağının əzilmiş yaralarından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, X2 çıxış edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hadisə 21 fevral 2023-cü il tarixdə baş vermişdir. Onun işi sexdə uzunluğu 3 metr, eni 2 metr, qalınlığı 30 mm, çəkisi 1,4 ton olan dəmir listləri çeşidləmək üçün kran vasitəsi ilə bir yerdən digər yerə keçirməkdir. Həmin gün o, materialları olduğu yerdən çeşidləmə taxtalarının üzərinə qoymuşdur. Bu zaman aşağıda(əlnən) qaldırmaq üçün komanda verilmişdir. Aşağı baxan zaman qoşucu Zərərçəkmiş şəxs listin altında taxta qoyduğunu görüb iş tamamlandığını, hər şey qaydasında olduğunu zənn etmiş və ona hər hansı işarə verilmədən kranı endirmişdir. Həmin vaxt o, yüksək səs eşitmişdir. Bundan sonra aşağı enib Sənanın sağ əlindən xəsarət aldığını görmüşdür. Hazır zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Evli olduğunu və himayəsində bir övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hadisə zamanı sağ əlindən xəsarət almışdır. Hazırda isə əli sağalmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, 123c-23 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2023-cü il tarixli, 638 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət – sağ əlin İİ barmağının əzilmiş yaraları bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır;. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, 198.3cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş 25 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar