Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2036/2023 28.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X8, Zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 28 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 04 iyul 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən Şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçimək məqsədilə üç il bundan öncə, yəni 2020-ci ildə X4 məxsus 180 manat pul ələ keçirərək dələduzluq etmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X14 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 31 may 2023-cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 15, mənzil 41-də yaşayan X1 RPİ-nin 11-ci PB-na ərizə ilə müraciət edərək, 2020-ci ildə Şəxs onu aldadaraq 180 manat pulunu ələ keçirərək dələduzluq etdiyini bildirmişdir. Müraciət Qaradağ RPİ-nin 11-ci PB-na ezam olunmuş təhqiqatçısı polis kapitanı Əlizamin Ağayev tərəfindən araşdırılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçimək məqsədilə 2020-ci ildə X4 məxsus 180 manat pul ələ keçirərək dələduzluq etmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, Şəxs təqribən üç il qabaq “instagram” sosial şəbəkəsindən tanımışdır. Şəxs özünü DTX əməkdaşı kimi təqdim etmiş və ona mərhum qardaşı, X10 şəhid olmuş X6 təltif olunması üçün köməklik göstərəcəyini bildirmişdir. Bu məqsədlə o 2020-ci ilin oktyabr ayında Şəxs 140 manat, bundan üç-dörd gün sonra isə 40 manat poçt vasitəsilə ödəniş etmişdir. Lakin Şəxs verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, 2020-ci ildə X5 ilə sosial şəbəkədə tanış olmuşdur. Sevinc özünü ona Səma kimi təqdim etmişdir. O 2020-ci ilin oktyabrında Sevincdən “20 Yanvar” metrosunun yaxınlığında borc üçün 100 manat almış, lakin həmin borcu geri qaytarmışdır. O öz izahatında daha sonra X4 qarşı heç bir dələduzluq etmədiyini bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 04 iyul 2023-cü il tarixli, Qaradağ RPİ-nin 11-ci PB-na ezam olunmuş baş təhqiqatçı, polis kapitanı X11 tərəfindən tərtib olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azǝrbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilmiş, Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, Qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, material saxlanılmasi üçün 10-cu PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi 2020-ci il tarixdə baş versə də inzibati material 28 sentyabr 2023-cü il tarixli məktubla məhkəməyə göndərilmiş və eyni tarixdə də iş materialları Qaradağ rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2036/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2036/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver