Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2039/2023 29.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 01 avqust 2003-cü ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələrilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 28 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Optimal” marketin qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, 28 sentyabr 2023cü il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nın əməliyyat müvəkkili Xəyyam Heydərovla xidmətdə olduğu zaman Sahil qəsəbəsi, M.Seyidov küçəsndə “Optimal” marketin qarşısında bir nəfər şəxsin ucadan nalayiq söyüşlər söyərək ətrafdan keçənlərin narazılığna səbəb olduğunu gömüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan əməlinə son qoymağı tələb etmişlər, lakin həmin şəxs onların bu tələbinə məhəl qoymayaraq nalayiq söyüşlər söyməyə davam etmişdir. Onlar həmin şəxsi 38-ci PB-ya dəvət etmiş, bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, 28 sentyabr 2023cü il tarixdə, saat 15:00-da ailə üzvləri ilə dalaşmış, əsəbi şəkildə evdən çıxmış, və ictimai yerdə yəni, Sahil qəsəbəsi, M.Seyidov küçəsində “Optimal” marketin qarşısında ucadan söyüşlər söyərək hərəkət etmişdir. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq onu ictimai asayişə dəvət etmişlər. O polis əməkdaşlarının bu tələbinə əməl etsə də polis əməkdaşları onu 38-ci PB-ya aparmışlar. Hal-hazırda xırda xuliqanlıq törətdiyinə görə əməlindən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini verilməsini xahiş etmişdir. İş materialalrında olan 28 sentyabr 2023-cü il tarixli, AZA 011436 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə, saat 15:50-də inzibati qaydada tutulmuş, 29 sentyabr 2023-cü il tarixdə, saat 10:30-da tutmadan azad edilmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı pozması öz təsdiqini tapsa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin etdiyi əməllərdən peşiman olmasını və özünü səmimi aparmasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tədbiq edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Şəxs əməlində Azərbaycan Respublikası 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. 2.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin.
3. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 04 (dörd) gün müddətinə inzibati həbs saxlanılsın. 4.Həbs müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən saat 14:50-dən hesablansın. 5.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilsin. 6.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov