Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2041/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanov Şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Ermənistan Respublikasına doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu ərazisində ünvanını dəqiq bilədiyi mənzildə kirayədə yaşayan Süleymanov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2, borclu Süleymanov Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-469/2015 saylı, 02 mart 2015-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-469/2015 saylı, 02 mart 2015-ci il tarixli icra vərəqəsinə əsasən; 28 oktyabr 2014-cü il tarixdən başlayaraq 18 yanvar 2002-ci il təvəllüdlü Süleymanov Vüsal Şəxs oğlunun və 16 avqust 2005-ci il təvəllüdlü Süleymanova Aytac Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün Süleymanov Şəxs hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Süleymanova (Muradova) Esmira Sədi qızına ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada 08 aprel 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu aliment borcundan indiyədək heç bir ödəniş etməmiş və bu günə 12675 manat aliment borcu yaranmışdır. Bundan başqa borclunun yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmiş, və borclu bu gün, yəni 02 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞnın əməkdaşları tərəfindən Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. Bütün bunların nəzərə alınaraq borclu barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar şəxsi problemləri üzündən məhkəmə iclasına gələ bilməyəcəyini, lakin aliment borcunu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Süleymanov Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır. Keçmiş arvadı ilə boşanarkən ona Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsində həyət evi tikərək vermiş və bunun aliment borcuna qarşılıq olaraq nəzərə alınacağını düşünmüşdür. Hal-hazırda rəsmi olaraq heç yedə işləmir, həmçinin dəri-zöhrəvi xəstəliyindən əziyyət çəkir. O halhazırda heç bir maddi imkanının olmadığını, vaxt veriləcəyi təqdirdə aliment borcundan kifayət qədər ödənişlər edəcəyini bildirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Süleymanov Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Süleymanov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Bundan başqa iş materillarında olan Qaradağ rayon Məhkəməsinin 3(002)-498/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə Süleymanov Şəxs 01 ay müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni ümumiyyətlə icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Süleymanov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Süleymanov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 02 oktyabr 2023-cü il tarixdən saat 14:40-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2041/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2041/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver