Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2043/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 23 sentyabr 2023-cü il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 31 iyul 2023-cü il tarixdə, saat 18:30da “Kia Rio” minik markalı ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Qobustan qəsəbəsinin daxili ilə üzü Qobustan həbsxanası istiqamətində saxlanılmış və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və zərər çəkmiş şəxsə maddi zərər vurulması faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün İXM-nin 333.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X9 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə, saat təxminən 18:30 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsinin daxili yolunda FHN-nin qarşısında Şəxs sərxoş vəziyyətdə idarə etdiyi "Kia Rio" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə vətəndaş X1 idarə etdiyi "Mercedes Benz" markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuş, daha sonra Qobustan qəsəbəsinin daxili ilə üzü Qobustan həbsxanası istiqamətində hərəkətdə olduğu zaman qarşı hissəsi ilə qarşıdan gələn "Kia Seranto" markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsinə çırpılmış və nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Baş vermiş toqquşma zamanı "Kia Seranto" markalı avtomobildə sərnişin qismində əyləşmiş X6 yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisənin baş verməsində təqsirli olan, "Kia Rio" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs hərəkətlərində "Yol hərǝkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin tərkibi vardır. Nəticədə sürücü Şəxs barəsində 23 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, o X2 adına olan “Kia Rio” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 31 iyul 2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində Qobustan qəsəbəsində yerləşən kafelərin birində nahar edərkən dörd bakal spirtli içki pivə qəbul etmişdir. Saat təxminən 18:30 radələrində kafedən çıxıb yaşadığı evə getmək üçün içkili vəziyyətdə idarə etdiyi avtomobilə əyləşib hərəkətə başlamışdır. Qobustan qesəbəsinin daxili yolunda FHN-nin qarşısı ilə saatda təxminənn 40-50 km sürətlə hərəkətdə olduğu zaman ondan qarşıda hərəkətdə olan “Mercedes Benz” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında çuxur olduğu üçün qəfil əyləcə basmışdır. O isə hadisənin qarşısını almaq məqsədilə əyləcə basıb, avtomobili saxlamaq istəmiş, lakin ara mesafəsi az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qarşı hissəsi ilə həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Toqquşmadan sonra avtomobildən yerə düşüb həmin avtomobilin yanına yaxınlaşaraq xəsarət alanın olub-olmadığını soruşmuşdur. Həmin avtomobilin sürücüsü, sonradan adını bildiyi Burcaliyev Elşən adlı şəxs heç bir xəsarǝt olmadığını, lakin avtomobilə 20.000 manat maddi ziyan dəydiyini bildərərək ondna pul tələb etmişdir. O isə ona bildirmişdir ki, onun o qədər pulu yoxdur. O isə yenidən hadisə yerinə DYP əməkdaşlarının çağırılmasını təklif etmişdir. O ona içkili olduğunu, dəyən ziyanı ödəyəcəyini bildirərək hadisə barədə DYP-yə məlumat verməməyini xahiş etmişdir, lakin Elşən onunla mübahisə etdiyi üçün və kənardan çoxlu tanımadığı insanlar toplaşdığı üçün o həyacanlanıb, avtomobilimə əyləşərək hadisə yerini tərk etmişdir. Bundan sonra Qobustan qəsəbəsinin daxili ilə üzü Qobustan həbsxanası istiqamətində saatda təxminən 70-80 km sürətlə hərəkətdə olduğu zaman qarşıdan gələn "Kia Seranto" markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə əməliyyatı edərək onun hərəkətdə olduğu yola çıxdığını görüb, əyləcə basmışdır. Lakin idarə etdiyi avtomobil sürüşərək qarşı hissəsi ilə həmin avtomobilin sol qanad hissəsinə çırpılmış və həmin avtomobil zərbənin təsirindən sağa hərəkətlənək səkiyə dəyib dayanmışdır. O dərhal avtomobildən yerə düşüb həmin şəxslərlə görüşüb üzürxahlıq etmiş və içkili olduğunu hadisə barədə polisə məlumat verməmǝlərini xahiş etmiş və dəymiş ziyanı ödəyəcəyini bildirmiş və onlarla razılaşmışdır. Bu zaman isə ilkin törətdiyi hadisə ilə bağlı hadisə yerinə dövlət yol polis əməkdaşları gəlmişlər. Orada hadisə yerləri müayinə edilmiş və onun sərxoşluq dərəcəsi yoxlanılması üçün Bakı şəhərinə aparılmışdır. Orada müayinə olunarkən məlum olmuşdur ki, sərxoş vəziyyətindədir. Bildirmişdir ki, törətdiyi yol nəqliyyat hadisələrində heç bir xəsarət almamışdır, idarə etdiyi avtomobil sərnişinsiz və yüksüz olmuşdur. Bundan əlavə baş vermiş yol nəqliyyat hadisələrində özünü təqsirli görür, əməlindən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5” Elmi Təcrübi və X7 rayon şöbəsindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixli, 601 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər; qapalı kəllə beyin travması bərk küt əşya təsirindən qərarın təsviri hissəsində göstərilən 31 iyul 2023-cü il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. X3 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən qəbul edilmiş 13 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin 26 avqust 2023-cü il tarixli, xx/xx-10083 saylı məktubundan aydın olur ki, Şəxs 31 iyul 2023-cü il tarixdə sərxoşluğun bütün növlərinin təyini məqsədilə aparılmış tibbi müayinədən keçmiş və onda sərxoş olması faktı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əasən əqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona digər əsas cəza kimi cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2043/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2043/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver