Məhkəmə qərarları › İş №3(002)-2047/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2047/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2047/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 “Holcim (Azərbaycan)” ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, “Holcim (Azərbaycan)” ASC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Holcim (Azərbaycan)” ASC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC tərəfindən əmək qanunvericiliyinin tələblərini pozularaq işçi X11, X6, X14 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, “Holcim (Azərbaycan)” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 protokolu müdafiə edərək bildirdi ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi hüquqi şəxs tərəfindən alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 və Məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi mövcud deyildir. Bununla bağlı X10 Xidməti tərəfindən həmin nöqsanın aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixli 3-17-5/2-30606/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi təmin edilməmişdir. Eləcə də həmin sistemdən əldə edilmiş müvafiq bildirişdə X11, X6, X9 əmək müqavilələrinin bağlandığı tarix xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlər olaraq göstərilmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən “Holcim (Azərbaycan)” ASC-nin etibarnamə üzrə nümayəndəsi X12 bildirdi ki, ölkənin aparıcı sement istehsalçılarından biri olan Holcim (Azərbaycan) ASC də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində yaxından iştirak etməyə başlamışdır. Şirkət 14 Mart 2023-cü il tarixindən etibarən "X17 Zonası" Sənaye Parkının rezidentidir və hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən strateji tikinti və bərpa layihələrinin sement məhsuluna olan tələbatının operativ şəkildə qarşılanması istiqamətində işlər görür. Bu məqsədlə, şirkət Cəbrayıl rayonunun, Soltanlı kəndində terminalın və beton zavodun inşasına başlamışdır. Həmin ərazidə fəaliyyət göstərmək üçün hüquqi şəxslə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X4 Agentliyi arasında icarə müqaviləsi bağlanmışdır. Həmin layihədə lazımi avadanlıqların alınması və quraşdırma işlərinin icra edilməsi üçün "xxxx" MMC ilə şirkət arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanılmışdır. "xxxx" MMC öz növbəsində işlərin bir hissəsini icra etmək üçün subpodratçı qismində "xxxx" MMC ilə müqavilə bağlamışdır. Həmin ərazidə işlərin icrası üçün işçilərə Daxili İşlər Nazirliyinin icazə portalından icazə alınmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X4 Agentliyinin tələbi ilə təhlükəsizlik tələblərinə əməl etmək üçün həmin əraziyə daxil olmağa görə üçüncü şirkətin işçilərinə icazənin verilməsi üçün ərazidə rezident olan şəxs tərəfindən, hazırkı vəziyyətdə “Holcim (Azərbaycan)” ASC tərəfindən müraciət edilməlidir. Sub-podratçı olan "xxxx" MMC müqavilə üzrə işləri icra etmək üçün öz işçilərinin Cəbrayıl rayonu ərazisində X17 Zonasına göndərilməsinə icazə alınması üçün "xxxx" (Azərbaycan) ASC-yə müraciət etmişdir. Şirkət həmin şəxslərin əmək müqaviləsi bildirişlərini də təqdim etmişdir. “Holcim (Azərbaycan)” ASC həmin şəxslər üçün icazə alınması məqsədilə X4 Agentliyinə müraciət etmişdir və həmin işçilərə icazə verilərək informasiya portalına daxil edilmişlər. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" icazəsi alınmış şəxslər - X11, X6 və X2 vadisi iqtisadi zonası sənaye parkında “Holcim (Azərbaycan)” ASC-yə məxsus teminalın tikintisi ilə bağlı subpodratçı şirkət "xxxx" MMC-nin əməkdaşları olmuşlar. Əmək müfəttişliyi icazə portalında həmin şəxslərə icazənin “Holcim (Azərbaycan)” ASC tərəfindən alındığını görərək onlarla “Holcim (Azərbaycan)” ASC arasında əmək münasibətinin olduğu, lakin əmək müqaviləsinin bağlanmadığı qənaətinə gəlmiş və inzibati protokol tərtib etmişdir. Hüquqi şəxs barədə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualarına cavab olaraq “Holcim (Azərbaycan)” ASC-nin etibarnamə üzrə nümayəndəsi X12 bildirdi ki, X10 Xidmətinin hüquqi şəxsə göndərdiyi 2024-cü ilin 22 may, 12 iyun, 25 iyun və 17 iyul tarixli məktublarında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində iş icazəsi alınmış şəxslərlə əmək müqaviləsi bağlanılmadığı bildirilmiş, lakin həmin şəxslərin konkret adları qeyd edilməmişdir. “Holcim (Azərbaycan)” ASC-yə məsələnin hansı şəxslər barədə olduğu məlum olmamışdır. Müfəttişliyə cavab kimi göndərilən xx.xx.2024-cü il tarixli məktubda X5 öz məktubunda qeyd etdiyi şəxslərin adlarının bildirilməsi xahiş edilsə də, həmin şəxslərin adları hüquqi şəxsə növbəti məktublarda da bildirilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ƏƏSMN yanında X10 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd olunmuş inzibati xətanın “Holcim (Azərbaycan)” ASC tərəfindən törədilməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X11, X13, X14 xx.xx.2024-cü il tarixinədən xx.xx.2024-cü il tarixədək əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xidmətlərin göstərilməsi haqqında 011122 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmışdır. İş materiallarında olan əmək müqavilələrindən görünür ki, X11, X13, X9 əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olaraq göstərilmişdir. Həmçinin həmin tarixlərdən onlar subpodratçı şirkət "xxxx" MMC-nin əməkdaşlarıdır. İş materiallarından aydın olur ki, X10 Xidmətinin hüquqi şəxsə ünvanladığı 2024-cü ilin 22 may, 12 iyun, 25 iyun və 17 iyul tarixli məktublarında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində iş icazəsi alınmış şəxslərlə əmək müqaviləsi bağlanılmadığını bildirmiş, lakin həmin şəxslərin konkret adlarını qeyd etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, işçi X11, X6, X14 barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC ilə əmək münasibətində deyildir. Belə ki, bu şəxslər subpodratçı şirkət "xxxx" MMC-nin əməkdaşlarıdır. Bundan əlavə X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 qeyd etdiyi üzrə adı çəkilən işçilərin hüquqi şəxs tərəfindən xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İnzibati orqanın nümayəndəsi qeyd olunan işçilərin “Holcim (Azərbaycan)” ASC tərəfindən müvafiq işlərin görülməsinə cəlb edildiyini qeyd etsə də məhkəməyə təqdim etdiyi icazə verilən şəxs və nəqliyyat vasitələrin siyahısında onların xx.xx.02024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cəbrayıl rayonuna daxil olmaları barədə müraciət "xxxx" MMC tərəfindən edildiyi əks olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati orqan tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd etdiyi inzibati xətanın baş verməsini təsdiq edəcək hər hansı fakt təqdim edə bilmədiyindən hüquqi şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın ““Holcim (Azərbaycan)” ASC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin “Holcim (Azərbaycan)” ASC tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Holcim (Azərbaycan)” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar