Məhkəmə qərarları › İş №3(002)-205/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-205/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-205/2021 05.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X1 iştirakları ilə, Şəxs Şirkətinin Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən Şəxs Şirkətinin Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs (VÖEN **********) 17 iyun 2020-ci il tarixdə **********9802 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, Estoniyada fəaliyyət göstərən “Halliburton Energy Services İnc” şirkətindən ********** nömrəli 27.02.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 94516655 nömrəli vaqonda dəmir yolu vasitəsilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə rəsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci bəndinin tələblərinə riayət edərək malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 06 iyun 2020-ci il tarixdə saat 05:01-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Məhkəmə iclasında çıxış edən səlahiyyətli orqanın nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək izahatında bildirmişdir ki, Estoniyada fəaliyyət göstərən “Halliburton Energy Services İnc” şirkətindən vaqonla Şəxs Şirkətinin ünvanına göndərilmiş mallar 06 iyun 2020-ci il tarixdə saat 05:01-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin şirkət tərəfindən həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Hesab edir ki, nzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05.01.2020-ci il tarixli raportdan görünür ki, Şəxs (VÖEN **********) 17 iyun 2020-ci il tarixdə **********9802 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, Estoniyada fəaliyyət göstərən “Halliburton Energy Services İnc” şirkətindən ********** nömrəli 27.02.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 94516655 nömrəli vaqonda dəmir yolu vasitəsilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə rəsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci bəndinin tələblərinə riayət edərək malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 06 iyun 2020-ci il tarixdə saat 05:01-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Şəxs Şirkətinin Filialının etibarnamə üzrə nümayəndəsi X3 05.01.2020-ci il tarixli 00100-1354/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Aərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, müəyyən olunmuşdur ki, Şəxs Şirkətinin Filialı tərəfindən ünvanına 94516655 nömrəli vaqonla dəmir yolu vasitəsilə göndərilmiş mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir Şəxs Şirkətinin Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar