Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-205/2022 28.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X15, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı Süleymanlı Xaqani Aydın oğlunun iştirakları ilə, X15, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin 12 yanvar 2022-ci il tarixli, N 10000/0023 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X26 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən barəsində İXM-nin 509.1-ci maddəsi ilə inzibati qaydada 600 manat cərimə olunmağı ilə bağlı tərtib olunmuş 12 yanvar 2022-ci il tarixli, N 10000/0023 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin 12 yanvar 2022-ci il tarixli, N 10000/0023 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, vəzifəli şəxs olan X26 İXM-nin 509.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X26 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, 02 avqust 2021-ci il tarixdən “MBM GROUP” MMC-də gömrük brokeri vəzifəsində işləyir. 02 yanvar 2022-ci iltarixdə işdə olduğu zaman Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən "xxxx" MMC və "xxxx" MMC-nin ofisində gömrük brokeri kimi fəaliyyətin gömrük qanunvericiliyinə uyğun olub-olmaması məqsədi ilə yoxlama tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlərin nəticəsi olaraq onun və 6 nəfər işçi barəsində inzibati xəta haqında protokol tərtib olunaraq müvafiq qərarlar qəbul olunmuşdur. Beləki, onun (yəni "xxxx" MMC-də gömrük brokeri vəzifəsində işləyən X26) barəsində Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsilə inzibati qaydada 600 AZN cərimə olunması ilə bağlı inzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli (N 10000/0023) qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli qərarlar ona və altı nəfər işçiyə rəsmi qaydada təqdim olunmasa da, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin vəzifəli şəxsi tərəfindən 25.01.2022-ci il tarixdə sözügedən qərarların kserosurəti şəxsən şirkətin rəhbəri X11 təqdim olunmuşdur. O, da barəsində qəbul olunmuş qərarın kserosurətini həmin gün ona təqdim etmişdir. Barəsində tərtib olunmuş qərarla bağlı material tərəfindən öyrənilərkən məlum olmuşdur ki, aparılmış araşdırma zamanı sübutlar kifayət qədər toplanılmamışdır. Nəticədə barəsində əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Bildirmişdir ki, onun qanunsuz brokerlik fəaliyyəti ilə məşğul olmağını özündə əks etdirən inzibati xəta törətdilməsi faktı öz təsdiqini tapmamışdır. Araşdırma zamanı da verdiyi izahatda o heç bir qanunsuz bokerlik fəaliyyəti fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. O, sadəcə təcrübəçi kimi işi öyrənmək məqsədilə ixtisas attestatı olan borkerlərin yanında işi öyrənir və müstəqil heç bir iş görmür. Eyni zamanda şirkətin rəhbəri X5 imtahandan keçmək üçün onun nəzəri təlimlərində iştirak edir. İzahatı alınarkən ona psixoloji və digər təzyiq təsir tədbirləri göstərilmişdir. İzahatında saxtalaşdırma aparılmışdır. Belə ki o, izahatında heç bir bəyannamə tərtib etmədiyini və buna səlahiyyətinin olmadığını qeyd etmişdir, lakin izahatında isə bunun tam əksi qeyd olunaraq ona imza etdirilmişdir. Mövcud ölkə qanunverciliyinin tələblərinə əsasən bu formada alınmış izahatlar öz sübut əhəmiyyətini itirir. Nəticədə barəsində heç bir sübut və dəlil olmadan inzibati tənbeh vermə haqqında qəbul olunmuş qərarı dügün hesab etmir. Buna görə də vətəndaş olaraq hüquqlarının pozulduğu qənaətindədir. Hesab edir ki, yuxarıda qeyd etdiyi halların olmasını nəzərə alaraq pozulmuş hüquqlarının bərpası və barəsində əsassız qəbul olunmuş qərarla bağlı məhkəməyə müraciət etmək hüququndan istifadə etməliyəm. Odur ki, yuxarıda qeyd olunanları və AR İXM-nin 105-119-cu maddəsinin tələblərinə uyğun olaraq məhkəmədən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1 maddəsilə inzibati qaydada 600 AZN cərimə olunmağı ilə bağlı tərtib olumuş inzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli 10000/0023 saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X26 öz izahatında vermiş olduğu şikayəti müdafiə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsilə inzibati qaydada 600 AZN cərimə olunmağı ilə bağlı tərtib olumuş inzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli 10000/0023 saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı Süleymanlı Xaqani Aydın oğlu öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 30 dekabr 2021ci il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X27 tərəfindən X26 barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə 10000- 0065/21 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. 10 yanvar 2022-ci il tarixdə inzibati araşdırmanın davam etdirilməsi İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X7 tapşırıldığından material onun icraatına qəbul edilməklə inzibati araşdırma aparılmışdır. 12 yanvar 2022-ci il tarixdə X26 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə inzibati xəra haqqında protokol tərtib edilmişdir. Həmin gün A.S.Hacıyevanın vəsatəti əsasında işə baxılma mənim tərəfimdən bu günə təyin edilmişdir. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə dair işə baxılması həmin məcəllənin 44-cü maddəsinə əsasən mənim səlahiyyətimə aiddir, tərəfimdən işə baxılmasını istisna edən hallar mövcud deyildir, inzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyildir, işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanılmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, X26 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 25.1-ci maddəsinə tələblərinə əsasən, səlahiyyətli gömrük orqanından ixtisas attestatı aldıqdan sonra gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirməli olduğu halda, belə hüquq olmadan qanunsuz olaraq, 2 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində “Abşeron” Logistika Mərkəzinin yaxınlığında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ofisdə həmin Cəmiyyətin və faktiki olaraq eyni ofisdə fəaliyyət göstərən "xxxx" MMC-nin əməkdaşları olan Azərbaycan Respublikası vətəndaşları X22, X3, X18, X19 ilə bir qrup şəxs halında, müvafiq ixtisas atestatları olan, buna görə də bəyannamələri tərtib etmək hüququna malik direktor X20 ilə broker vəzifəsində işləyən X6 elektron imza kartları ilə gömrük bəyannamələri tərtib etməklə, Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük təmsilçisi kimi qanunsuz fəaliyyət göstərmiş, elə həmin gün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi ilə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi 34/154/059339 nömrəli raport, Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 1400-013/001- 25/008734 nömrəli məktub, 34/013/031438 nömrəli 03.12.2021-ci il tarixli raport, 02.12.2021-ci il tarixli akt, X23, X3, X26, X22, X18, X20, X17, əməliyyat müvəkkilləri X29, X8, X12 izahatları və işdə olan digər sənədlər ilə tam və kifayət qədər sübuta yetirilmişdir. İş üzrə izahatı alınmış X22 izahatında göstərmişdir ki, 2021-ci ilin mart ayından "xxxx" MMC-də vaqon daşınmaları üzrə mütəxəssis vəzifəsində çalışır. Həmin şirkətin rəhbəri Bahəəddin Mirzədir və onu işə həmin şəxs qəbul etmişdir, eyni zamanda direktor olmaqla şirkətin faktiki rəhbərliyini özü həyata keçirir. Şirkətin ofisi Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 57 ünvanda yerləşən “Abşeron” Logistika mərkəzinin yaxınlığında yerləşir. Ofisdə eyni zamanda "xxxx" MMC də fəaliyyət göstərir. Hər iki şirkət bir-biri ilə əlaqəlidir. Bəyannamələrin təritibi ilə Bahəəddin Mirzə, Nəzrin Əhmədzadə, Vüsal Eynullayev və Nəcəf Rüstəmov məşğul olurlar. Aytac Məmmədova isə həm "xxxx" MMC-nin, həm də "xxxx" MMC-nin mühasibatlıq işlərini görür. Ofisdə eyni zamanda 3 nəfər təcrübəçi vardır. 2 dekabr 2021-ci il tarixdə nahar fasiləsindən əvvəl işdə olduğu müddətdə əvvəllər tanımadığı sonradan gömrük əməkdaşı olduqlarını bildiyi bir neçə nəfər ofisə daxil olmuşdurlar. Özlərini təqdim etdikdən sonra həmin əməkdaş onun hansı vəzifə tutduğunu və bəyannamə tərtibatı ilə məşğul olub-olmadığını soruşmuşdur. O isə cavabında həmin şəxsə vaqon daşınmaları üzrə mütəxəssis olduğunu bildirmişdir. Onun gömrük bəyannamələri tərtib etmək bacarığı yoxdur və hansı qaydada tərtib olunduğunu bilmir.Vaqon daşınmaları üzrə mütxəssis kimi kimi öz vəzifəsini yerinə yetirir, heç vaxt bəyannamə yazmamış və yazmağı da bacarmır. X3, X26, X18 isə Dövlət Gömrük Komitəsinin 30 noyabr 2021-ci il tarixdə keçirdiyi gömrük təmsilçiliyi üzrə mütəxəssis olmaqdan ötrü imtahanlarda iştirak etmişlər, lakin imtahandan keçə bilməmişdirlər. Yuxarıda qeyd etdiyi kimi ofisdə bəyannamə tərtib etmək üçün ixtisas attestatı olan Nəzrin Əhmədzadə, Mirzə Bahəddin, Vüsal Eynullayev və Nəcəf Rüstəmovdurlar. Günay Süleymanova, Aytac Hacıyeva və İbrahim Babayev isə sadəcə olaraq təcrübəçidirlər. İş üzrə izahatı alınmış X18 izahatında göstərmişdir ki, 2021-ci ilin iyul ayından "xxxx" MMCdə işləyir. Şirkətin fəaliyyəti logistik daşımalar, bəyannamələrin yazılmasından ibarətdir. Onun isə vəzifəsinə uyğun işi ofis işlərində ixtisas attestatı olan işçilərə köməklik etməkdən ibarət olmaqla, əlavə olaraq öyrənmək və köməklik etmək məqsədilə müxtəlif şikətlərin mənafeyi üçün bəyannamələri tərtib edir. Şirkətdə gün ərzində Nəcəf, Vüsal, Süleymanova Günay, Aytac Məmmədova, Aytac Hacıyeva, Bahaəddin müəllim ilə işdə olur. Adları qeyd edilən şəxslərdən Nəcəf, Vüsal, Nəzrin və Bahaəddin müəllim ixtisas attestatı ilə bəyannamələr yaza bilir. Mühasib vəzifəsində Aytac Məmmədova işləyir. Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsində təşkil edilmiş gömrük təmsilçiliyi üzrə mütəxəssis müsabiqəsində o, Aytac Hacıyeva və Suleymanova Günay iştirak etmişdirlər, lakin müsabiqədən uğurla keçə bilmədikləri üçün ixtisas attestatı əldə edə bilməmişlər. 2 dekabr 2021-ci il tarixdə işdə olan zaman əvvəllər tanımadığı bir neçə mülki geyimli şəxs ofisə daxil olaraq, bəyannamə tərtib edib-etmədiklərini soruşmuşdurlar. O isə cavabında ixtisas attestatına malik mütəxəssilərə köməklik üçün gömrük bəyannamələrni tərtib etdiyini bildirmişdir. Gömrük bəyannamələrinin tərtib etmək təcrübəsinə tam olaraq yiyələnməsə də, ixtisas attestatına malik mütəxəssisin köməkliyi ilə tərtib etməyi öyrənir. Həm deklarantlara kömək etmək, həm də müəyyən bilikləri əldə etmək üçün bəyannamələr tərtib edir. Bahaəddin Mirzə onları işə götürdükdə məqsəd o idi, nəzəri və təcrübi bilik qazanıb, imtahanı keçərək ixtisas attestatı aldıqdan sonra elə deklarant işləsinlər. Bahaəddin Mirzə ixtisas attestatı olan işçilərə bəyannamə tərtib etməkdə köməklik etmələrini tapşırmış, eyni zamanda bizə də bu barədə məlumat vermişdir. Əvvəlcə elektron hökumət portalına daxil olaraq giriş kodu Nərzin Əhmədzadə tərəfindən təsdiq edildikdə sonra “malların və nəqliyyat vasitələrin bəyan edilməsi” bölməsinə daxil olaraq yeni bəyannamə tərtib etməyə başlayır. Tərtib etdikdən sonra Nəzrin Əhmədzadə bəyannamənin düzgün tərtib edib-etmədiyimi yoxladıqdan və düzəlişlər etdikdən sonra onun tərəfindən həmin bəyannamə özünə məxsus asan imza ilə təsdiq edilir. İş üzrə izahatı alınmış X20 izahatında göstərmişdir ki, 2019-cu ildə "xxxx" MMC-ni təsis etmişdir, direktoru və qanuni təmsilçisi özüdür. Şirkət vergi orqanlarında kommersiya fəaliyyəti ilə məşğul olan subyekt kimi dolayı gömrük təmsilçiliyi ilə məşğul olmaq hüququna malik olan hüquqi şəxsdir. Hüquqi ünvanı yaşayış yeri ilə eyni ünvandır. Lakin, faktiki olaraq Bakı şəhəri Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində “Abşeron” Logistika Mərkəzinin yaxınlığındakı ofisdə xidmət göstərir. Eyni ünvanda, gömrük təmsilçiliyi ilə məşğul olan "xxxx" MMC ilə yanaşı "xxxx" MMC şirkəti də fəaliyyət göstərməkdədir. Əmək müqaviləsi əsasında "xxxx" MMC-də 6 nəfər ştat üzrə, "xxxx" MMC-də isə 5 nəfər ştat üzrə vəzifə tutur. Əməkdaşlardan "xxxx" MMC-nin işçisi olan X17 ixtisas atestatlı gömrük mütəxəssisi kimi bəyannamələri tərtib etmək hüququna malikdir. Eynilə onun da ixtisas atestatı olmaqla, Nəzrin Əhmədzadə ilə birlikdə dolayı gömrük təmsilçiliyi xidməti göstərdikləri şəxslərin adından bəyannamələr yazırlar. X10 isə mühasibdir və həmin vəzifədən irəli gələn işləri yerinə yetirir. Digər əməkdaşlar X3, X26, X22, X18 isə "xxxx" MMC-nin əməkdaşlarıdır. Logistika əməkdaşları heç vaxt gömrük bəyannamələri tərtib etməmişdirlər. Aytac Hacıyeva, İbrahim Babayev və Günay Süleymanova ştat üzrə logistikanın əməkdaşları olmaqla 2021-ci ilin 30 noyabr tarixində Dövlət Gömrük Komitəsinin keçirdiyi gömrük təmsilçiliyi üzrə imtahanlarda iştirak etsələr də, bu imtahanlarda müvəffəqiyyət əldə etməmişdirlər. Həqiqətən də, 2 dekabr 2021-ci il tarixdə gömrük əməkdaşları "xxxx" MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu Xocasən qəsəbəsi ərazisində “Abşeron” Logistika Mərkəzinin yaxınlığında yerləşən ofisə gəlmişdirlər. Həmin vaxt əməkdaş Nəzrin Əhmədzadə bəyannamə tərtibatı ilə məşğul olurdu. Ofisdə həqiqətən adları çəkilən əməkdaşlar var idi və öz fəaliyyətləri ilə məşğul olurdular. İxtisas attestatlı o və Nəzrin Əhmədzadədən başqa heç kim bəyannamə tərtibatı ilə məşğul olmamışdırlar. İş üzrə izahatı alınmış X17 izahatında göstərmişdir ki, 27 dekabr 2019-cu-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əsas iş yerim olmaqla broker vəzifəsində işləyir. Şirkətdə ixtisas attestatı olan əməkdaşlar gündəlik bəyannamələrinin yazılması ilə məşğul olur. O da, 25 dekabr 2019-cu il tarixdə imtahan verməklə ixtisas attestatı almışdır. Vəzifəsi gün ərzində şirkətlərin müraciəti əsasında gömrük rəsmiləşdirmələri üçün gömrük bəyannamələrinin tərtibindən ibarətdir. Şirkətdə gün ərzində İbrahim Babayev , Nəcəf Rüstəmov, Vüsal Eynullayev , Aytac Məmmədova, Aytac Hacıyeva,Elçin Salmanov, Bahaəddin müəllim ilə birlikdə işdə olur. Adlarını qeyd etdiyi şəxslərdən Nəcəf, Vüsal, Nəzrin və Bahəddin ixtisas attestatı ilə bəyannamə yaza bilir. Aytac Məmmədova isə mühasib vəzifəsində işləyir. 2 dekabr 2021-ci il tarixdə işdə olan zaman əvvəllər tanımadığı bir neçə mülki geyimli şəxs ofisə daxil olaraq, bəyannamə tərtib edib-etmədiyini soruşmuşdurlar. O isə cavabında ixtisas attestatına malik olduğunu və bəyannaməçi kimi işlədiyini bildirmişdir. Daha sonra gələn şəxslər qeydiyyat apararaq buradan getmişdirlər. Ona məxsus olan asan imza kartı ilə gömrük bəyannamələrinin tərtib olunmasında X40 Hacıyeva və Günay Süleymanova iştirak etmişdir, lakin bəyannamələr onun tərəfindən imzalanmışdır. Aytac Hacıyeva, Günay Süleymanova və İbrahim Babayev direktor Bahəddin Mirzə tərəfindən ixtisas attestatı imtahanına hazırlaşdırılır və bəyannamə tərtibini onlara öyrədilir. Elçin Salmanov isə logistika əməkdaşıdır, Dəmir yolu üzrə ADY-nin hansısa proqramından istifadə edərək daşıma hesabatı hazırlayır. O isə heç vaxt gömrük bəyannaməsi tərtib etməmişdir. Öyrənmək üçün əməkdaşlar bəyannamə tərtibatında iştirak etmişdir. Bahaəddin Mirzə əməkdaşların ixtisas attestatı imtahanına hazırlaşması üçün onların bəyannnamələrin tərtibinə icazə vermiş və buna nəzarət etmişdir. İş üzrə izahatı alınmış X3 izahatında göstərmişdir ki, 02 iyul 2021-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əsas iş yerim olmaqla broker vəzifəsində işləyir. Şirkətdə ixtisas attestatı olan əməkdaşlar gündəlik bəyannamələrinin yazılması ilə məşğul olur. Onun işi isə gün ərzində hansı şirkətlərə xidmət göstərilməsinə dair bəyannamə nömrələri göstərilməklə excell faylda qeydiyyat aparmaqdan ibarətdir. Şirkətdə gün ərzində İbrahim, Nəcəf, Vüsal, Aytac Məmmədova, Aytac Hacıyeva, Bahaəddin müəllim ilə birlikdə işdə olur. Adları qeyd edilən şəxslərdən Nəcəf, Vüsal, Nəzrin və Bahaəddin ixtisas attestatı ilə bəyannamə yaza bilir. Aytac Məmmədova mühasib vəzifəsində işləyir. 2021-ci ilin 30 noyabr tarixində Dövlət Gömrük Komitəsinin keçirdiyi gömrük təmsilçiliyi üzrə mütəxəssis imtahanlarında o, Aytac Hacıyeva və İbrahim Babayev iştirak etmiş, lakin heç biri müvəffəqiyyət əldə edə bilməmişdirlər. 2 dekabr 2021-ci il tarixdə işdə olan zaman əvvəllər tanımadığım bir neçə mülki geyimli şəxs ofisimizə daxil olaraq, bəyannamə tərtib edib-etmədiyini soruşmuşdurlar. O isə cavabında bəyannamə tərtib etmədiyini, ancaq tərtib olunan zaman ixtisas attestatlı şəxslərin yanında dayanıb bunu öyrəndiyini həmin əməkdaşa demişdir. Daha sonra gələn şəxslər qeydiyyat apararaq buradan getmişdirlər. O, öyrənmək məqsədi ilə ixtisas attestatlı şəxslərin icazəsi ilə bəyannamə tərtib etmiş, lakin özü özbaşına heç vaxt bəyannamə təsdiqləyib gömrük orqanına göndərməmişdir. O, imtahanlarda müvəffəq olmaq üçün peşə bacarıqları qazanmaq məqsədi ilə bəyannamə tərtibatını öyrənmişdir. Onunla birlikdə İbrahim Babayev və Aytac Hacıyeva da bəyannamə tərtibatını öyrənmişdirlər. Elçin Salmanov isə logistika əməkdaşıdır, Dəmir yolu üzrə ADYnin hansısa proqramından istifadə edərək daşıma hesabatı hazırlayır. O isə heç vaxt gömrük bəyannaməsi tərtib etməmişdir. O, bildiyim qədərilə Elçinin ixtisası dəmir yolu ilə bağlıdır və hətta əvvəllər Biləcəri stansiyasında işləyib. Bahaəddin Mirzə onları işə götürdükdə məqsəd o idi ki, nəzəri və təcrübi bilik qazanıb, imtahanı keçərək ixtisas attestatı aldıqdan sonra elə deklarant işləsinlər. Bu mənada Bahaəddin Mirzənin qeyd edilənlərdən xəbərdar olmasını deyə bilər. İş üzrə izahatı alınmış X23 izahatında göstərmişdir ki, 30.12.2019-cu ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) əsas iş yeri olmaqla mühasib vəzifəsində işləyir. Həmin şirkətin rəhbəri Bahaəddin Mirzədir və onu işə həmin şəxs qəbul etmişdir, eyni zamanda direktor olmaqla şirkətin faktiki rəhbərliyini özü həyata keçirir. Şirkətin ofisi Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 57 ünvanda yerləşən “Abşeron” logistika mərkəzinin yaxınlığında yerləşir. Ofisdə eyni zamanda "xxxx" MMC-də fəaliyyət göstərir. Hər iki şirkətin təsisçisi Bahaəddin Mirzə olsa da, bu şirkətin direktoru Orxan Əliyevdir. Hər iki şirkət bir-biri ilə əlaqəlidir. O, yalnız mühasib vəzifəsini tutduğu "xxxx" MMC-də hesabatların hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi ilə yanaşı mühasibatlıqla əlaqədar bütün işləri özü görür. Digər "xxxx" MMC-də isə bu işləri görmür. 2 dekabr 2021-ci il tarixdə nahar fasiləsindən əvvəl işdə olduğu müddətdə əvvəllər tanımadığı, sonradan gömrük əməkdaşı olduqlarını bildiyi bir neçə nəfər ofisə daxil olmuşdurlar. Özlərini təqdim etdikdən sonra ona yaxınlaşan əməkdaşlar hansı vəzifə tutduğunu və bəyannamə tərtibatı ilə məşğul olub-olmadığımı soruşmuşdurlar. O, həmin şəxsə mühasib vəzifəsini tutduğunu və bəyannamə tərtibatını bacarmadığını, heç vaxt da bəyannamə tərtib etmədiyini bildirmişdir. Eyni zamanda, kompüterin iş masasına baxan əməkdaşa göstərib ki, e-taxes.gov.az internet səhifəsində vergi bəyannamələrini nəzərdən keçirir. O, gömrük bəyannamələri hansı qaydada tərtib olunduğunu bilmirəm. X3, X26, X18 isə Dövlət Gömrük Komitəsinin 30 noyabr 2021-ci il tarixdə keçirdiyi gömrük təmsilçiliyi üzrə mütəxəssis olmaqdan ötrü imtahanlarda iştirak etsələr də, müvəffəqiyyət qazana bilməyiblər. Onlar, logistika şirkətinin işçiləridirlər, lakin gömrük bəyannaməsi tərtib etmək hüququ verən ixtisas attestatını əldə etdikləri zaman artıq bəyannamə tərtib etmək üçün bizim şirkətdə fəaliyyət göstərəcəklər. Ofisdə bəyannamə tərtib etmək üçün ixtisas attestatı olan Nəzrin Əhmədzadə, Mirzə Bahəddin, Vüsal Eynullayev və Nəcəf Rüstəmovdurlar. Günay Süleymanova, Aytac Hacıyeva və İbrahim Babayev imtahandan əvvəl bacarıqlar əldə etmək üçün ola bilsin ki, bəyannamə tərtibatında iştirak etsinlər, bu isə onların bəyannamə tərtib etmək bacarığı formalaşdırmaqlarına xidmət edir, lakin asan imzaları olmadığından yalnız bəyannamələr adlarını qeyd etdiyi şəxslər tərəfindən təsdiq edilərək gömrük orqanlarına göndərilir. İş üzrə izahatı alınmış gömrük əməkdaşı X29 izahatında göstərmişdir ki, 02 dekabr 2021-ci il tarixdə gömrük brokeri kimi fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən gömrük qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasını yoxlamaq məqsədilə kompleks yoxlama tədbirləri həyata keçirilmişdir. Növbəli üsulla broker şirkətlərinin xidməti ofislərində kompleks yoxlamalar həyata keçirmişdir. Qeyd etdiyi tarixdə Bakı Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsi Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili X24 və böyük əməliyyat müvəkkil X8 ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xidməti ofisində yoxlama həyata keçirmişdir. Kompleks tədbirlər nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki fəaliyyət göstərdiyi ofisdə X18, X19, X3, X26, X13 faktiki olaraq bəyannamə tərtib etmək hüququna malik X17 və X9 elektron imza kartları ilə gömrük bəyannamələrinin tərtibatı fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmişdir. Yoxlama nəticəsində aşkar edilmiş hüquqpozuntusu aktlaşdırılaraq imzalanmışdır. İş üzrə izahatı alınmış gömrük əməkdaşları X8 və X24 izahatlarında X21 göstərdiklərini təsdiq etməklə eyni məzmunlu izahatlar vermişdirlər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X26 izahatında göstərmişdir ki, 30.12.2019-cu ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) əsas iş yeri olmaqla mühasib vəzifəsində işləyir. Həmin şirkətin rəhbəri Bahaəddin Mirzədir və onu işə həmin şəxs qəbul etmişdir, eyni zamanda direktor olmaqla şirkətin faktiki rəhbərliyini özü həyata keçirir. Şirkətin ofisi Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 57 ünvanda yerləşən “Abşeron” logistika mərkəzinin yaxınlığında yerləşir. Ofisdə eyni zamanda "xxxx" MMC-də fəaliyyət göstərir. Hər iki şirkətin təsisçisi Bahaəddin Mirzə olsa da, bu şirkətin direktoru Orxan Əliyevdir. Hər iki şirkət bir-biri ilə əlaqəlidir. O, yalnız mühasib vəzifəsini tutduğu "xxxx" MMC-də hesabatların hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi ilə yanaşı mühasibatlıqla əlaqədar bütün işləri özü görür. Digər "xxxx" MMC-də isə bu işləri görmür. 2 dekabr 2021ci il tarixdə nahar fasiləsindən əvvəl işdə olduğu müddətdə əvvəllər tanımadığı, sonradan gömrük əməkdaşı olduqlarını bildiyi bir neçə nəfər ofisə daxil olmuşdurlar. Özlərini təqdim etdikdən sonra ona yaxınlaşan əməkdaşlar hansı vəzifə tutduğunu və bəyannamə tərtibatı ilə məşğul olub-olmadığımı soruşmuşdurlar. O, həmin şəxsə mühasib vəzifəsini tutduğunu və bəyannamə tərtibatını bacarmadığını, heç vaxt da bəyannamə tərtib etmədiyini bildirmişdir. Eyni zamanda, kompüterin iş masasına baxan əməkdaşa göstərib ki, etaxes.gov.az internet səhifəsində vergi bəyannamələrini nəzərdən keçirir. O, gömrük bəyannamələri hansı qaydada tərtib olunduğunu bilmirəm. X3, X26, X18 isə Dövlət Gömrük Komitəsinin 30 noyabr 2021-ci il tarixdə keçirdiyi gömrük təmsilçiliyi üzrə mütəxəssis olmaqdan ötrü imtahanlarda iştirak etsələr də, müvəffəqiyyət qazana bilməyiblər. Onlar, logistika şirkətinin işçiləridirlər, lakin gömrük bəyannaməsi tərtib etmək hüququ verən ixtisas attestatını əldə etdikləri zaman artıq bəyannamə tərtib etmək üçün bizim şirkətdə fəaliyyət göstərəcəklər. Ofisdə bəyannamə tərtib etmək üçün ixtisas attestatı olan Nəzrin Əhmədzadə, Mirzə Bahəddin, Vüsal Eynullayev və Nəcəf Rüstəmovdurlar. Günay Süleymanova, Aytac Hacıyeva və İbrahim Babayev imtahandan əvvəl bacarıqlar əldə etmək üçün ola bilsin ki, bəyannamə tərtibatında iştirak etsinlər, bu isə onların bəyannamə tərtib etmək bacarığı formalaşdırmaqlarına xidmət edir, lakin asan imzaları olmadığından yalnız bəyannamələr adlarını qeyd etdiyi şəxslər tərəfindən təsdiq edilərək gömrük orqanlarına göndərilir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 1400-013/001-25/008734 nömrəli məktub, 34/013/031438 nömrəli 03.12.2021-ci il tarixli raport, 02.12.2021-ci il tarixli aktdan görünür ki, 2 dekabr 2021-ci il tarixdə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməkdaşı Samir Həsənov və Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməkdaşları Rzaqulu Həsənov ilə Sübhan Hüseynovun iştirakları ilə gömrük brokeri kimi fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən gömrük qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasını yoxlamaq məqsədi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki fəaliyyət göstərdiyi ofisdə X18, X19, X3, X26, X13 faktiki olaraq bəyannamə tərtib etmək hüququna malik X17 və X9 elektron imza kartları ilə gömrük bəyannamələrinin tərtibatı fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X15 Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X15 Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə inzibati xəta törətməsi müəyyən edilmişdir. Beləliklə, X15 Azərbaycan Respublikası İXM-nin 509.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi tam və kifayət qədər sübuta yetirildiyindən, məsuliyyətdən azad edilməyə əsaslar olmadığından həmin maddə ilə təqsirli bilinməli, ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi, bir qrup şəxs tərəfindən inzibati xətanı törətməsini ağırlaşdıran hal kimi, işin hallarını, şəxsiyyətini səciyyələndirən cəhətləri və törədilən xətanın xarakterini və yetirdiyi nəticələrin dərəcəsini nəzərə alaraq dövlətin xeyrinə məcburi tutulmaq məqsədilə 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, X26 gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi) kimi qanunsuz fəaliyyət göstərmişdir. X26 inzibati araşdırma zamanı izahatını psixoloji və digər təzyiq təsiri altında verdiyini bildirsə də məhkəmə araşdırması zamanı bu hallara dair hər hansı bir sübut və inandırıcı dəlillər aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X26 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X15, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X28 tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli 10000/0023 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-205/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-205/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver