Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2055/2022 15.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qaradağ Rayon Prokurorluğundan daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş 05 dekabr 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardada əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, həmin qərarın inzibati xəta haqqında iş üzrə icraata baxılmasından ötrü Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardad və ona əlavə edilmiş sənədlər natamam olduğundan protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, hazır ki iş üzrə barədində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməsi zərurəti yaransa da, hazırda həmin şəxslərin məhkəməyə gətirilməsi təmin edilmədiyindən və məhkəməyə təqdim olunmuş iş materiallarında tərəflərə bu barədə məlumat verilməsinə dair heç bir sübut aşkar edilmədiyindən məhkəmə prosesi keçirilə bilməz. Belə ki, İXM-nin 39.1-ci maddəsininin tələbinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırki iş üzrə tərəflərinin barışıb-barışmamasını müəyyən etmək mümkün olmur. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim edilmədiyindən hazırki iş üzrə zərurət yaranacağı təqdirdə İXM-nin 157-ci maddəsinin sanskiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün tətbiqi mümkünsüz olur. Bu da həmin iş üzrə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 103.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 111.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Göründüyü kimi məhkəmə tərəfindən qeyd olunan inzibati işə dərhal baxılmalı olduğundan inzibati icraatda iştirak edən şəxslərin məhkəmə tərəfindən təmin edilməsi mümkünsüzdür. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109,114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2055/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2055/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver