Məhkəmə qərarları › İş №3(002)-2057/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2057/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2057/2025 17.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 22 noyabr 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola və protokola əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “Opel Astra” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əmələ yol vermişdir. Qeyd edilənlərlə bağlı Qaradağ RPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan İXP serialı, ******* saylı, 08 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, özü polis əməkdaşıdır, növbədən çıxdıqdan sonra sükan arxasında yuxuladığından hadisə baş verdi. Hadisədən sonra zərərçəkmiş şəxsi dərhal təcili yardım çağırmaqla xəstəxanaya çatdırmış və bütün lazımi tədbirləri görmüşdür. Şəxs verilən suallara cavab olaraq, hadisənin 14 mart 2025-ci il tarixdə təxminən saat 08:05 radələrində “Opel Astra” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu Xocasən-Lökbatan yolu ilə Xocasən istiqamətindən Lökbatan dairəsi istiqamətinə doğru hərəkət edərkən baş verdiyini, hadisədən dərhal sonra TTYS-yə zəng edib müraciət etdiyini, bir qədər sonra hadisə yerinə TTYS-nin həkim briqadasının gəlib həmin qadına ilkin tibbi yardım göstərərək xəstəxanaya apardığını, özünün də idarə etdiyi avtomobili hadisə yerində saxlayaraq, onlarla birlikdə TTSY-nin avtomobili ilə xəstəxanaya getdiyini qeyd etmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq həmin zaman avtomobilin sürətinin 45-50 km/saat olmasını, xanımı gördüyünü, sadəcə olaraq bir anlıq yuxuya getdiyi üçün avtomobilin idarəetmədən çıxaraq yolun sağ kənarındakı piyada xanıma dəydiyini qeyd etmişdir. Spirtli içki qəbul etməmiş, avtomobildə tək olmuş, zərərçəkmiş X2 əmlakına hər hansı ziyan dəyməmiş və barışmışlar. X1 da Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etməyən və izahatı məhkəmə iclasında elan edilərək tədqiq edilmiş X4 bildirmişdir ki, 14 mart 2025-ci il tarixdə saat 08 radələrində Sədərək TM-nin qarşısında 176 saylı sərnişin avtobusundan enib piyada Qaradağ rayonu, Xocəsən-Lökbatan yolu ilə Xocəsən istiqamətindən Lökbatan istiqamətinə doğru yolun sağ tərəfi ilə avtomobil yolunun kənarı ilə torpaqlı yolda hərəkət etmişdir. Hərəkətdə olan zaman gözlənilmədən arxadan ona nəsə çırpılması nəticəsində o, yerə yıxılmışdır. Ayıldıqda ona avtomobilin vurub xəsarət yetirdiyini və həkimlərin ona tibbi yardım göstərdiyini görmüşdür. Xəstəxanaya aparıldıqda onunla birlikdə adını sonradan bildiyi sürücü Nicat adlı şəxs köməklik göstərmək üçün onunla birlikdə xəstəxanaya getmişdir. Hadisə ilə əlaqədar şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemindən və fotocədvəldən görünür ki, hadisə yeri Qaradağ rayonu, Xocəsən-Lökbatan yolu, S.İsmayılzadə küçəsindədir. Hadisə yerində yolun hərəkət hissəsi ikitərəfli, quru və asfalt örtüklüdür. Hərəkət zolaqlarının sayı iki, yolun hərəkət hissəsi işıqlandırılır, hadisə havanın işıqlı vaxtı baş vermişdir. Qeyd olunan hadisə yerində müşahidə yoxdur. Asfalt yolun kənarlarında piyada səkiləri vardır. Hadisə səhər vaxtı, aydın və işıqlı havada baş vermişdir. Yolda tormozlama, şin izləri aşkar edilməmişdir. Şəxs yol-nəqliyyat hadisəsi yerinə baxışda iştirak edərək hadisənin baş verdiyi yeri göstərmiş, bu barədə tərtib edilən protokolu imzalamışdır. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, “Opel Astra” markalı “**-VT-***” dövlət qeydiyyat nişanlı avtomobildə alın şüşəsinin sağ yuxarı hissənin zədələnməsi aşkar edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/826 nömrəli məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Opel Astra” markalı, “**-VT-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspetiza və X3 X7 xx.xx.2025-ci il tarixli T583/2025 nömrəli canlı şəxsin təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş “başın açıq yarası, qarın divarının əzilməsi, döş qəfəsinin səthi travması” xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, avtoqəza zamanı piyadannı vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2/14603 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmamış, ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs ehtiyatsızlıqdan X2 yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-yə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində olan inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ bəndində göstərilmişdir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Opel Astra” markalı “**-VT-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs əməllərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuş və sürücü bu qaydalara riayət etməklə hadisənin qarşısını ala bilərdi. Bununla da, məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olmuş və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar