Məhkəmə qərarları › İş №3(002)-206/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-206/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-206/2024 22.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-2029/2011/2012 saylı, 26 yanvar 2012-ci il tarixli və e-2(002)-553/2023 saylı, 02 fevral 2023-cü il tarixli icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2029/2011/2012 saylı, 26 yanvar 2012-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 31000 ABŞ dollarının bu günkü kurs ilə Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə müəyyənləşdirilmiş 24397 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 05 aprel 2013-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bundan əlavə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-553/2023 saylı, 02 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 457 manat ödənilməmiş əsas borc, 45 manat cərimə, ümumilikdə 502 manat borc və 30 manat dövlət rüsmu, cəmi 532 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borcluya müvafiq qaydada sms bildiriş göndərilmiş, həmçinin zəng edilərək Qaradağ rayon İcra Şöbəsinə çağırılmışdır. Buna baxmayaraq borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borclunun yerinin müəyyən edilməsi mümkün olmadığından Bakı şəhər Qaradağ rayon Polis İdarəsi tərəfindən Qaradağ rayon İcra Şöbəsinin məktubuna əsasən “mülki axtarış işi” açılmışdır. Borclu bu gün, yəni 22 yanvar 2024-cü il tarixdə icra şöbəsinə məcburi axtarışla gətirilmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hal hazırda “Bolt” taksi xidmətində sürücü işləyir, aylıq gəliri 400-500 manatdır. Ailəli olmaqla bir yetkinlik yaşına çatmayan oğlu onun himayəsindədir. X1 olan 2(002)-2029/2011/2012 saylı, 26 yanvar 2012-ci il tarixli qətnamə üzrə borcundan 1500 manat ödəniş etmişdir. "xxxx" MMC-yə olan borcunu isə artıq bağlamışdır. Hal-hazırda qalan borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, şərait yaradılcağı təqdirdə yuxarıda qeyd olunan borclarından kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar