Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-206/2025 12.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Ekologiya yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində Bakı-Qazax dairəvi yolun Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisinə düşən hissəsində icazə verilmiş hərəkət surəti saatda 100 km olan avtomagistral yolda **-AE-*** dövlət qeydiyyat nişanlı Chevrolet Orlando minik markalı avtomobili ilə yolun sol zolağında hərəkətdə olarkən **-LD-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin yolun sağ kənarına çəkmək istəməsi ilə ciddi qayda pozuntusuna yol verməsi səbəbindən həmin avtomobillə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinin səbəbkarı **-LD-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin sürücüsü olmasına baxmayaraq inzibati tənbeh tədbiri onun barəsində tətbiq olunmuşdur. Həmin yol nəqliyyat hadisəsi barədə obyektiv araşdırma aparılmadan qərar çıxarılmışdır. Hadisə yerinə yaxın ərazidə fəaliyyət göstərən Lukoil yanacaq doldurma məntəqəsinin video qeydiyyat kameralarına hadisənin video görüntüsü düşmüşdür və qeydiyyata alınaraq saxlanılmışdır. Həmin video görüntüyə baxdıqda da müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb **-LD-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin sürücüsünün yolun sol zolağından, yəni yolun ortasından sərnişin götürməsi və bundan sonra avtomobili arxaya hərəkət etdirməklə yolun sağ kənarına çəkmək istəməsi ilə ciddi təhlükə yaratması olmuşdur. Hərəkət surəti saatda 100 km olan avtomagistral yolda **-LD-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin sürücüsünün mətndə göstərildiyi kimi və video qeydiyyatından da göründüyü kimi təhlükəli manevrlərindən baş verməsinə baxmayaraq yol nəqliyyat hadisəsinin məsuliyyətinin onun üzərinə qoyulması qanunsuz və ədalətsizdir. Dəfələrlə tələb etməsinə baxmayaraq hadisənin video görüntüsünü götürməyinə Lukoil yanacaq doldurma məntəqəsi tərəfindən və Polis tərəfindən icazə verilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən barəsində tərtib edilən TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini, Baş X7 İdarəsi Ekologiya yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə inzibati qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 18 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 Bakı Qazax dairəvi yolu 10 km Lökbatan istiqamətində Chevrolet Orlando markalı, 77AE896 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən araməsafəsi qaydalarının pozulması halına yol vermiş və buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 20 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan CD diskə baxış keçirilərkən X2 tərəfindən inzibati xəta hadisəsinin baş verdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X4” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. X4 Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin qanunun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. İşin hallarından görünür ki, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi müəyyən edildiyindən sonuncu barəsində səlahiyyətli şəxs tərəfindən müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X2 tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və CD disk ilə öz təsdiqini tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inpektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-206/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-206/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver