Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2064/2023 03.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5, Tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2394/2019 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs iddia ərizəsində adları qeyd edilən 1 ədəd 585 əyyar, 19 qram olan komplekt və ya onun qalıq dəyəri 750 manat, 583 əyyar 40.26 qram olan boyunbağı və ya onun qalıq dəyəri 2000 manat, 1 ədəd 750 əyyar, 11 qram olan brilliant qaşlı boyunbağı klon və ya onun qalıq dəyəri 420 manat, 1 ədəd 585 əyyar 3.8 qram olan boyunbağı kəpənək və ya onun qalıq dəyəri 160 manat, 1 cüt 585 əyyar olan sırğa və ya onun qalıq dəyəri 165 manat, 1 ədəd 585 əyyar 14.6 qram olan “Cartier” dəst və ya onun dəyəri 1100 manat, 1 ədəd 750 əyyar 14 qram olan gül üzük və ya qalıq dəyəri 160 manat, 1 ədəd 750 əyyar 4.8 qram olan boyunbağı “Bylgari” və ya onun qalıq dəyəri 410 manat, 1 ədəd 750 əyyar 7.2 qram olan boyunbağı və ya onun qalıq dəyəri 612 manat, 1 ədəd 750 əyyar olan kişi üçün üzük və ya onun qalıq dəyəri olan 350 manat və 1 ədəd 30 qram, platin olan saat və ya onun dəyəri 2450 manat olan qızıl-zinət əşyaları və ya onların dəyəri alınaraq iddiaçı X2 verilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 8577 manat borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şəxs barəsində olan icra sənədi 07 yanvar 2020-ci il tarixdə icraata daxil olmuşdur. İcra sənədinə əsasən o, qızıl-zinət əşyalarını təqdim etməli və ya onun dəyərini yəni, 8577 manatı ödəməlidir. Hazırki vaxtadək tələbkarın xeyrinə heç bir ödəniş olunmamışdır. Bundan əvvəl də borclu barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş və məhkəmənin qərarına əsasən barəsində 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ödəniş etməyə imkanı yoxdur, himayəsində bir xəstə övladı var. Hazırda 1500 manat ödəniş etməyə hazırdır. Bundan sonra hər ay 400-500 manat ödəniş edəcəkdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Z.Q.Əmiraslanova öz izahatında göstərmişdir ki, borclu Şəxs hazırki məhkəmə iclasına qədər icra sənədi üzrə ona heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu tərəfindən ona verilən 1500 manatı, qəbul edir və borclu ilə məhkəmə iclasında hər ay 500 manat ödəməsi ilə bağlı razılığa gəldiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2394/2019 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs iddia ərizəsində adları qeyd edilən 1 ədəd 585 əyyar, 19 qram olan komplekt və ya onun qalıq dəyəri 750 manat, 583 əyyar 40.26 qram olan boyunbağı və ya onun qalıq dəyəri 2000 manat, 1 ədəd 750 əyyar, 11 qram olan brilliant qaşlı boyunbağı klon və ya onun qalıq dəyəri 420 manat, 1 ədəd 585 əyyar 3.8 qram olan boyunbağı kəpənək və ya onun qalıq dəyəri 160 manat, 1 cüt 585 əyyar olan sırğa və ya onun qalıq dəyəri 165 manat, 1 ədəd 585 əyyar 14.6 qram olan “Cartier” dəst və ya onun dəyəri 1100 manat, 1 ədəd 750 əyyar 14 qram olan gül üzük və ya qalıq dəyəri 160 manat, 1 ədəd 750 əyyar 4.8 qram olan boyunbağı “Bylgari” və ya onun qalıq dəyəri 410 manat, 1 ədəd 750 əyyar 7.2 qram olan boyunbağı və ya onun qalıq dəyəri 612 manat, 1 ədəd 750 əyyar olan kişi üçün üzük və ya onun qalıq dəyəri olan 350 manat və 1 ədəd 30 qram, platin olan saat və ya onun dəyəri 2450 manat olan qızıl-zinət əşyaları və ya onların dəyəri alınaraq iddiaçı X2 verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2394/2019 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(002)-2394/2019 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, qızıl-zinət əşyalarının və ya onların dəyərini ödəməmiş, 8577 manat borcu yaranmışdır. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, tələbkar X2 məhkəmə iclas zalında 1500 manat ödəyir, qalan borcunu hər ay 500 manat ödəməyə söz verir. X3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs tərəfindən məhkəmə iclas zalında 1500 manat pul ödənilmişdir. Qalan məbləği ayda 500 manat ödəməyinə dair razılıq əldə etmişlər. Ona görə hazırki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə məhkəmə iclası zamanı 1500 manat ödəniş olunmuşdur. Əvvəlki aylarda ödəniş edə bilməməsinə səbəb isə onun maddi vəziyyətinin aşağı olması və övladının xəstə olması olmuşdur. Hazırkı halda borclu Şəxs hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2064/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2064/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver